a) Dialekt və Ģivələr;
b) Yazılı tarixi mənbələr;
c) Qohum dillər;
ç) Söz yaradıcılığı.
Lüğət tərkibinin zənginləşməsini təkcə söz
yaradıcılığı ilə məhdudlaşdırmaq dildə müşahidə
edilən bir çox problemlərin şərhində böyük
çətinliklər yarada bilər. Buna görə də tədqiqatçı-
alim
H.Həsənovun
«Lüğət
tərkibinin
zənginləşməsi söz yaradıcılığı ilə bağlıdır» fıkrini
məqbul hesab etmək olmaz. Bu fıkir bir tərəfdən
dildə söz yaradıcılığının rolunun şişirdilməsinə
gətirib çıxarırsa, digər tərəfdən ədəbi dilin lüğət
tərkibinin zənginləşməsində rolu olan digər
mənbələrin inkarı deməkdir. Odur ki, bu
mənbələrin heç birinin rolunu azaltmadan söz yara-
dıcılığının ədəbi dilin lüğət tərkibinin zənginləşmə-
sindəki əhəmiyyəti üzərində ətraflı dayanacağıq.
Söz yaradıcılığı (Derivatologiya) Azərbaycan
dilçiliyində ötən əsrin 60-cı illərində müstəqil şöbə
525
Сечилмиш ясярляри
lX
kimi formalaşmışdır. Əvvəllər söz yaradıcılığı
məsələləri leksikalogiyanın və ya morfologiyanın
mövzularından biri kimi öyrənilirdi. Azərbaycan
dilçiliyində derivatologiya məsələlərini müstəqil
dilçilik şöbəsi kimi ilk dəfə öyrənən prof.
S.Cəfərov və prof. Afad Qurbanov olmuşdur. Söz
yaradıcılığı sözlərin strukturu və onların əmələ gəl-
mə yolları barəsində təlimdir. Həsrət Həsənov bu
fıkirdədir ki, söz yaradıcılığının leksikalogiyada
öyrənilməsi daha məqsədyönlüdür. Çünki yeni
yaranan sözlər bilavasitə lüğət tərkibinin
zənginləşməsinə xidmət edir. Onun fikrincə söz
yaradıcılığını dilçiliyin ayrıca bölməsi kimi yox,
leksikanın
(leksikologiyanın
- F.M.) tərkib hissəsi
kimi öyrənmək lazımdır.
«Söz yaradıcılığı» adından da bəlli olduğu
kimi, sözlərin yaranma prosesini ifadə edir.
Quruluş, struktur formullar təbii ki, bu sahəni
«Morfologiya»ya bağlayır.
Dilimizin söz yaradıcılığı onun möhkəm
qayda və qanunlarına, lüğət tərkibinə və quruluş
xüsusiyyətlərinə əsasən formalaşmışdır. Ona həm
diaxron, həm də sinxron baxımdan yanaşmaq
lazım gəlsə də, müasir Azərbaycan dilinin söz
yaradıcılığı prpobleminin daha artıq sinxron
aspektdə öyrənilməsi məqsədyönlüdür.
Professor
S.Cəfərov
söz
yaradıcılığı
problemini həm sinxron, həm də diaxron
istiqamətdə Leksikologiyanın mövzularından biri
|