Фирузя мяммядли


dadlı bir nəslin nümayəndəsi kimi obrazlı Ģəkildə desək



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə79/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   75   76   77   78   79   80   81   82   ...   321
dadlı bir nəslin nümayəndəsi kimi obrazlı Ģəkildə desək, 
baĢdan-ayağa qədər yenilikçidir». 
«Ədəbiyyat məsələləri» bölməsində «Sevimli sənətkarı-
mız Əlibala Hacızadə», «İsmayıl Şıxlının həyat və yaradıcılıq 
yolu», «Taleyi özü ilə doğulan Nəriman Həsənzadə», «Cəfər 
Xəndanın həyat və yaradıcılıq yolu», «Əhməd Yəsəvinin təri-
qət görüşlərindən bəzi məqamlar», «Söz haqqı» adlı məqalələr 
də yer almışdır. Demək olar ki, irihəcmli tədqiqata cəlb olun-
muş bu məqalələr müəllifin gərgin əməyinin məhsuludur. 
Əsərin «Mədəniyyət məsələləri» adlı bölməsində yer alan 
«Azərbaycan televiziyasının və radiosunun fəaliyyəti əvəzsiz-
dir» məqaləsi də diqqətə layiqdir. Müəllif Azərbaycan televizi-
yasının keçdiyi inkişaf yolunu, tamaşaçılara təqdim etdiyi veri-
lişləri təhlil edərək yazır: 
«Azərbaycan televiziyası və radiosu 
Azərbaycan xalqına məxsus olan bütün dəyərləri və ənənə-


Firuzə Məmmədli 
198 
ləri qorumaqla, yaĢatmaqla, təbliğ etməklə yanaĢı, müasir 
dünyamızın televiziya və radio qarĢısında qoyduğu tələbləri 
də öz fəaliyyətində sintez etməyi bacarır». 
«Mədəniyyət məsələləri» bölməsi təkcə yuxarıda adı çə-
kilən tədqiqatlarla deyil, eyni zamanda «Rəyçi sözü», «Türko-
logiya», «Zəngəzur» adlı kitab, yaxud erməni uydurmasına tu-
tarlı cavab» və s. dilimizin, mənəviyyatımızın aktual məsələ-
lərinə həsr olunmuş bu kimi elmi araşdırmalarla da yadda qalır. 
Qətiyyətlə söyləmək olar ki, özündə Azərbaycan dilçiliyi-
nin, ədəbiyyatşünaslığının, mədəniyyətinin ən aktual problem-
lərini birləşdirən beş yüz səhifəyə yaxın «Dil, ədəbiyyat, 
mədəniyyət» əsəri alimin ana dilimiz və Azərbaycançılıq qarşı-
sında mənəvi borcunun təzahürüdür. «Dil, ədəbiyyat, mədəniy-
yət» əsəri dilimizə sonsuz məhəbbətin rəmzidir. 
Firuzə Məmmədli, 
Bəhram Cəfəroğlu. 
«Yeni Azərbaycan» qəzeti. 4 may 2013-cü il. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin