Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə93/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   89   90   91   92   93   94   95   96   ...   321
Seçilmiş əsərləri X 
217 
yazıçımız, etnoqraq-tarixçi alimimiz, siyasi-ictimai xadimimiz, 
öz fəlsəfi və dilçiliyin bəzi problemləri istiqamətindəki baxış-
ları ilə ötən əsr dilçi alimlərimizi 30-40 il qabaqlamış Y.V.Çə-
mənzəminlinin “İki od arasında” romanı düşdü. Əsərdə belə bir 
epizod var: Qarabağ xanlığının eşik ağası (xarici işlər naziri) 
vəzifəsi daşıyan M.P.Vaqif İbrahim xanın qəzəbli vaxtında 
onun fikrini dağıtmaq üçün tarixdən söz salır: - Bilirsən, xan, 
“Şahnamədə” rəvayət olunan İran-Turan davası bizim Kürlə-
Araz arasında vaqe olmuşdur, – deməklə xanın marağını, diq-
qətini tarixə yönəldir. 
Bu epizod o vaxt (1970-1980-ci illər) mənim diqqətimi, açı-
ğını deyim ki, o qədər də cəlb etməmişdi. Əsərin dil materialı əsa-
sında namizədlik dissertasiyası üzərində işləyirdim və yazıçının 
dil üslubu məni tamam başqa istiqamətdə sehirləmişdi. 
Bu məqalə mənim yadıma həmin epizodu necə saldısa,
mən az qala “Evrika!” deyə səslənəcəkdim. Deməli, Y.V.Çə-
mənzəminli M.P.Vaqifin dili ilə bu fikri əbəs səsləndirməyib-
miş. Onsuz da “Qızlar bulağı” romanının məzmun bağlılığı ilə 
qədim Azərbaycan torpaqlarının qədim türklərin ilk məskəni 
olması ideyasını təsdiqləməyə çalışan böyük yazıçı “İki od ara-
sında” romanında bir daha bu məsələnin üzərinə qayıtmışdır.
Deməliyəm ki, ötən yüzilliyin əvvəlllərində fəaliyyət gös-
tərən qabaqcıl ziyalılarımız və sənət adamlarımız kimi, 
Y.V.Çəmənzəminli də sosial-ictimai və mənəvi həyatımızın 
bütün sahələri üzrə mövcud boşluqları aradan qaldırmaq, bir 
sıra elm, təhsil, sənət sahələrinin bünövrəsini qoymaq və ya bu 
bünövrə varsa, onu möhkəmləndirmək yolunda öz bilik və 
bacarığını əsirgəməmişdir. Çox uzaq, demək olar ki, qeyri-mü-
əyyən bir tarixi dövrü əks etdirən “Qızlar bulağı” romanı məz-
mun etibarı ilə yazıçı təxəyyülünün məhsulu olsa da, burada 
dünyanın, o cümlədən Yaxın Şərqin arxiv sənədlərindən top-
lanmış elə dəlillər, sübutlar vardır ki, bunlar Azərbaycan tor-
paqlarının qədim sakinlərinin məhz türk mənşəli olduğunu an-
lamaq üçün tamamilə kifayət edir! Bəlkə yazıçını repressiya 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin