Seçilmiş əsərləri X
169
rüşvət
həqiqətə bənzər
yalan olur.
- deyən şair baş verən xəyanətlərin kökündə rüşvətin dur-
duğunu tarixi şəxsiyyətlərin taleyinə müraciətdə təqdim edir.
Doğurdan da bəşər cəmiyyətində hər cür mənfurluqların
əsasında duran rüşvət tarixi olduğu qədər də müasirdir. Bu şeir
müasirliyi baxımından şairin zamanı ötüb keçən, yaradıcılıq
uzunömürlüyünü tarixə həkk edən şeirlərindəndir.
Fikrət Qoca poeziyası onun tez-tez müraciət etdiyi Xə-
zərə
bənzəyir; bəzən sakit-sakit dalğalanır, bəzən də kükrəyib
coşar. «Qorxmuram» satirasının da, «Qonşu qız», «Haram
dostlar», «Rüşvətxorlar» şeirlərinin də şairin ilham dənizinin
kükrədiyi məqamlarda yazıldığı qənaətindəyik.
Gecə –
Gizlicə-gizlicə
Oğurlanıb soxulur
İnsan həyatıma – yuxum.
Yuxuda görürəm ki, dünyada yoxam.
Hələ bu yer
kürəsi də maviliklərin
Dərin sükutu içində balaca bir qayıqmış.
Od alıb elə yanır ki, elə bil
bir çəngə qamış
yanır.
Yer
göy,
su,
hava,
- Sus,
dava
başlayıb, –
deyir.