Seçilmiş əsərləri X
167
Sərhədçi
tək möhkəm durub
Ucaboylu ağacları
Astaranın.
(«Astaranın» şeirindən)
Bütün bunlar Fikrət Qoca yaradıcılığının enerji mənbəyi-
dir. Bu tükənməz çeşmədən qaynayan hisslər, duyğular şairin
bütün yaradıcılığı boyu onun poetik rübabının mizrabı
olmuş
və ustad hara getmişsə, hardan keçmişsə, onun qəlbini bu miz-
rab dilə gətirmişdir. «Mərdəkan», «Bakının», «Mingəçevir» və
sair kimi şeirlər şairin bu sarıdan sənət yanğısının gözəl nümu-
nələridir.
Fikrət Qoca o şairlərimizdəndiri ki, vətənini tərənnüm et-
məklə kifayətlənmir, onun qoynunda dünyaya göz açıb, onun
naz-neməti ilə bəslənənlərə «torpağın bütövlüyünü qorumaq
üçün bir yumruq kimi birləşmək, ayrı-seçkiliyə yol verməmək,
bir xalq
olaraq Vətən, yurd-yuva təəssübkeşi ruhunda tərbiyə-
lənmək gərəkdir» poetik mesajını göndərir:
Gəlin bölünməyək doğmaya, yada, -
Hamı bir ağacın yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq biz.
Türk deyil, tat deyil alçaq adamlar.
Onlar hər millətə böyük dərddilər.
Namərdlər hamısı bir millətdilər.
Mübarizlik, döyüşkənlik, haqq-ədalət carçısı olmaq şairin
təbiətindədir. Odur ki, zamanın sınağından üzüağ çıxan ağsaçlı
şairimiz yazır:
Qanımız qarışıb qardaş qanına,
Bu torpaq əmanət verilib bizə.