Seçilmiş əsərləri X
163
görkəmli ədəbiyyatşünas alimlərin iştirakı ilə müzakirə olundu,
öz layiqli qiymətini aldı, müəllifinə başucalığı gətirdi. Lakin bu
sevinc idimi? Əgər sevinc idisə, gecikmiş sevinc idi. Çünki bu
sevinci mənə eyni dərəcədə 70-ci illərdə də, 80-ci illərdə də ve-
rə bilərdilər. Axı indi xırdaca bir kitabın iri-iri təriflənmələri,
gurultulu
təqdimat mərasimləri, daha nələr-nələr dəbdədir.
Mənim isə bu, sayca 6-cı şeir kitabım idi. Sağ olsunlar ki, indi
də olsa, bu müqayisəsiz sevinci məndən əsirgəmədilər.
– Oxuculanırızdan gözlədiyiniz ən böyük sürpriz nə-
dir?
– «Sürpriz» elə gözlənilmədiyi üçün sürprizdir.
Əslinə
qalsa, mən oxuculardan heç bir sürpriz gözləmirəm. Lakin onla-
rın şeirlərimə münasibəti mənim üçün sürpriz olur. Ouxucuları-
mızdan razıyam. Onlar məni duyur,
dərdlərimiə şərik olur, fi-
kirlərimi alqışlayırlar.
Şeir xüsusi dildir. Nəsiminin təbirincə desək, «Bu quş
dilidir. Bunu Süleyman bilir ancaq». «Bu quş dilini» bilən «Sü-
leymanlarımız» isə çox azdır. Yəni indi oxucularda «quş dili»
öyrənməyə və ya poeziyanın bədii-estetik kodlarının, sətiraltı
mənalarının yozumuna hövsələ də çatmır. Bax,
bəla da elə
buradan başlayır. Yəni bu gün biz daha kütləvi şəkildə savadlı
oxucu iddiasında ola bilmərik. Belə olanda şair özü savadsız
oxucu səviyyəsinə enir, ya da elitar
şair olaraq geniş oxucu
kütləsi qazana bilmir.
Odur ki, «boz ədəbiyyat» belə sürətlə artıb-çoxalır və çox
təbiidir ki, belə ədəbiyyatın bazarı da həmişə açıq olur.
İradə Xanım
«Ulus» qəzeti, 13 dekabr, 2000-ci il.