Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə58/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   54   55   56   57   58   59   60   61   ...   321
Seçilmiş əsərləri X 
175 
üslublarının mövcudluğu üzərində dayanır və hər iki üslubu ge-
niş şəkildə şərh edir. 
Klassik-romantik üslubun əsasən Nəsimi və Füzuli kimi 
sənətkarların dünyagörüşündə formalaşdığını göstərən müəllif 
bu üslubun poeziyanın janr-struktur xususıyyətlərinin müəy-
yənləşməsinə də təsir göstərdiyini yazır. Və beləliklə, bu üslu-
bun Hüseyn Cavid, son dövrlərdə isə Səməd Vurğunun yaradı-
cılığında öz yüksək zirvəsinə çatdığını göstərir. O, qeyd edir ki, 
poeziyanın sonrakı inkişaf mərhələlərində xüsusilə Vaqif mər-
hələsindən sonra realist şeir üslubu yaranıb inkişaf etməyə baş-
ladı. Realist şeir üslubunu şərh edən müəllif əslində realist şeir 
üslubunun tərkib hissəsində satirik şeir üslubunun da öyrənil-
məsinin vacibliyini vurğulayır. Eyni zamanda qeyd edir ki, po-
eziyamızın sonrakı dövrlərində aparıcı üslub realist üslub ol-
muşdur. 
Azərbaycan poeziyasının keçdiyi inkişaf yolunu ədəbi-
bədii metodlarını, janr xüsusiyyətlərini dərindən bilən tənqidçi 
V.Yusifli monoqrafiyanın I fəslində "Novatorluğun mahiyyəti, 
ənənə ilə novatorluğun qarşılıqlı əlaqəsi" məsələsinə də xüsusi 
diqqət yetirir, poetik ənənələrin niyə uzunömürlü olmasından, 
novatorluğun isə uzunömürlü olmamasının səbəblərindən, no-
vatorluğun mahiyyətindən, onun ənənə ilə qarşılıqlı dialektik 
əlaqəsindən söz açır. 
Monoqrafiyanın II fəsli də novatorluq məsələsinə həsr 
olunub. "Ənənə və novatorluq problemi ədəbi tənqiddə" başlıq-
lı bu fəsildə müəllif Azərbaycan ədəbiyyatında novatorluğun 
tarixinin qədim olduğunu əvvəlcə Nizami, sonra Füzuli kimi 
sənətkarların yaradıcılığı konteksində işıqlandırır. Müəllif bu 
sahədəki fikrini davam etdirərək yazır ki, Füzuli ənənəsi uzun 
zaman Azərbaycan poeziyasında hakim rol oynamışdır. Lakin 
M.F.Axundov öz kəskin çıxışlarıyla, eyni zamanda öz komedi-
yaları ilə poeziyamızda Füzulinin təsirini azaldaraq yeni realist 
mərhələnin başlanğıcını qoydu. Sonralar bu mərhələ həm nəsr-
də, həm də poeziyada aparıcı xüsusiyyət daşıdı. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin