Firuzə Məmmədli 174
yindən şərh olunub diqqət mərkəzinə çəkilir. V.Yusifli Azər-
baycan poezıyasının başlıca ənənələrini izah edərək yazır:
"Azərbaycan poeziyası ta əzəldən humanist bir poeziya olmuş-
dur, bu poeziyanın əksər nümunələrində insana məhəbbət hissi
hakimdir, xalqsevərlik, vətənpərvərlik bu poeziyanın canında,
qanındadır. Dünyəvi və bəşəri hissləri təbliğ edə-edə o öz milli
stixiyasını qətiyyən itirməmişdir”. Həqiqətən də Azərbaycan
poeziyasını ta orta əsrlərdən üzü bu yana araşdırdıqca qeyd
olunan amilin aparıcı olduğu ortaya çıxır.
Tədqiqatçı öz fikirlərını əsaslandırmaq üçün təkcə 60-cı
illər poeziya nümayəndələrindən deyil, klassiklərdan – Nizami-
dən, Nəsimidən, Füzulidən dəlillər gətirir. Əsərin bu fəslində
müəllif Azərbaycan poeziyasının öz məna və məzmununa, for-
ma zənginliyinə, dərin humanizminə görə dünyanın poeziya
arenasında önəmli yer tutduğunu qeyd edir və bunun altı səbə-
bini göstərir. Müəllif bu fikirdədir ki, Azərbaycan ədəbiyyatı-
nın dünya miqyasına çıxmasını, mütərəqqi, humanist bir ədə-
biyyat olduğunu şərtləndlirən səbəblərdən biri də Azərbaycan
poeziyasının təkcə öz içinə qapılıb qalan, yalnız "Azərbaycan
poeziyası" hadisəsi kimi dərk olunan poeziya deyil, ümumən
Şərq poeziyası kontekstində bu poetik regionu bir tam şəkildə
əks etdirməsi ilə bağlıdır.
Vaqif Yusifli əsərin birinci fəslində ədəbiyyatşünasların
hər zaman diqqət mərkəzində olan poetik ənənələrin üslubi
çalarlarına da aydınlıq gətirmişdir. Lakin o, sələflərindən fərqli
olaraq poetik ənənələrin roluna, inkişaf tarixinə, ayrı-ayrı şair-
lərin yaradıcılığında necə təzahür etdiyinə aydınlıq gətirməklə
yanaşı, həmin ənənələri sistemli şəkildə təsnif etmiş, qruplaş-
dırmışdır. Və bununla da qeyd olunan məsələ ilə bağlı elmi
ədəbiyyatda nəzərə çarpan müəyyən fikir ayrılıqlarına, qarışıq-
lıqlara, bizcə, son qoymuşdur.
Vaqif Yusifli Azərbaycan poeziyasında üslublardan söz
açarkən həyatı, gerçəkliyi, inikas üsulunu (romantik və ya re-
alist) əsas götürərək poeziyamızda romantik və realist şeirin