Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə59/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   55   56   57   58   59   60   61   62   ...   321
Firuzə Məmmədli 
176 
V.Yusifli Azərbaycan poeziyasında realist mərhələnin 
davamçıları kimi M.Rəfilini, S.Rüstəmi, S.Vurğunu, M.Arifi, 
R.Rzanı, Ə.Cəmili, O.Sarıvəllini, N.Xəzrini, B.Vahabzadəni, 
C.Hovruzu, F.Qocanı və bir çox görkəmli poeziya korifeylərini 
göstərir. Müəllif Azərbaycan poeziyasında novatorluq məsələ-
sindən danışarkən özünəqədərki bir çox tənqidçi ədəbiyyatşü-
nasların – Ş.Salmanov, H.Zeynallı, Ə.Ağayev, M.Cəfər, A.Ab-
dullazadə, Y.Qarayev, A.Məmmədov kimi sənətkarların fi-
kirlərinə istinad edir, onların məhz bu məsələ ilə əlaqədar təd-
qiqatlarını elmi ardıcıllıqla fikir süzgəcindən keçirir. 
Monoqrafiyanın bu fəslində ən diqqət çəkən məqamlar-
dan biri də 60-70-ci illər poeziyasında baş verən ədəbi ınübahi-
sələrlə bağlıdır. Poeziyamızın bu mərhələsinin təhlilində məhz 
novator yaradıcılığı ilə seçilən şairlərmizin bəzi ifrat, əslində 
ədəbi tənqiddən uzaq tənqidçilərin yanlış baxış bucağından tən-
qid atəşinə tutulması işıqlandırılır. Müəllif yazır: "Etiraf etmək 
lazımdır ki, yetmişinci illər Azərbaycan ədəbi-tənqidini Asif 
Əfəndiyevin tənqidi məqalələri olmadan təsəvvür etmək müm-
kün deyil. Bununla yanaşı, A.Əfəndiyevin bir çox tənqidi mə-
qalələrində sırf subyektiv məqamlar, fəlsəfəyə uymaq, ibarəçi-
liyə meyl etmək halları da özünü göstərirdi. Dünya ədəbiyya-
tına, xüsusilə poeziyasına yaxşı bələd olan A.Əfəndiyev bəzən 
Azərbaycan poeziyasının XX əsrdəki nailiyyətlərini inkar edir, 
yeniliyi, novatorluğu düzgün qiymətləndirə bilmirdi. Tənqidçi-
nin ən böyük qüsuru onda idi ki, o, təhlil etdiyi bədii əsərlərə 
fəlsəfənin qanunları ilə yanaşır və buna görə də xeyli müba-
hisəli məqamlara yol açırdı. Belə ki, K.Marksın, yaxud Leninin 
fəlsəfi fikirlərini R.Rza, F.Qoca, İ.İsmayılzadə poeziyasına tət-
biq edəndə gülünc bir vəziyyət yaranırdı. İkinci bir qüsuru isə 
onda idi ki, A.Əfəndiyev istisnasız olaraq bütün bədii əsərlərə 
sosializm realizmi prinsiplərindən yanaşırdı. 60-70-ci illərdə 
isə sosializm realizmi "aşağı enmə" mərhələsini yaşayırdı". 
Azərbaycan ədəbiyyatının bilicisi vətənpərvər bir tədqi-
qatçı V.Yusifli uzun zaman Azərbaycan poeziyasına sağalmaz 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin