Seçilmiş əsərləri X 179
açılmadı. "Bu dildə varlığın hər sədası var", - bu, Əli Kərimin
misrasıdır və həmin misra, dərk edilmiş zərurət tam realhğı ilə
ilk dəfə Əli Kərim poeziyasında öz bəhrəsini verdi". Bu
bənzərsiz fikirlərin ardınca müəllif Əli Kərimin hər zaman təzə
şeirlərini bir daha tədqiqata cəlb edir, bu şeirlərdəki təkrarsız
bənzətmələri diqqətə çatdırır.
"Fikir poeziyası", "İnsan amili", "Tənqid pafosu" kimi
ədəbi məsələləri özündə əks etdirən dördüncü fəsil bütünlüklə
V.Yusiflinin yaradıcılıq uğurlarından xəbər verir. Bəzən po-
eziya tənqidçiləri poeziyadan danışarkən şeiriyyətdə şairin öz
dünyasını unudurlar. Tənqidçilərin bir çoxunun şairdən nədən,
necə, yazmağı tələb etməsi, əslində sovet diktaturasının qalığı
kimi də başa düşülə bilər. Lakin unutmaq olmaz ki, şair bir in-
sandır və onun daxilində bir MƏN var. Bu MƏN onun dünyaya
baxışlarını, daxili həyəcanlarını, hisslərini müəyyənləşdirir. Bu
baxımdan söz sərraflarının yaradıcılığı haqqında danışılarkən
mütləq onların daxili dünyası nəzərə alınmalıdır. Elə dəyərli
tənqidçi-ədəbiyyatşünasımız V.Yusifli də monoqrafiyasının be-
şinci fəslini məhz bu məsələyə həsr etmişdir.
"Hər şairin öz dünyası" adlanan bu fəsildə müəllif eyni
mövzu ilə bağlı yazılan poetik nümunələrdə şairlərin fərdi po-
etik üslubunu ön plana çəkir. O, konkret olaraq 60-80-ci illər
poeziyasında önəmli rol oynamış gözəl şairimiz Əliağa Kür-
çaylının yaradıcılığında apardığı araşdırma sayəsində belə bir
nəticəyə gəlmişdir ki, Ə.Kürçaylının poeziyasını bir sözlə sə-
ciyyələndirmək olar: HƏYATSEVƏRLİK. V.Yusifli fikrini
davam etdirərək eyni mövzuda ("Ana" mövzusunda) şeirlər
yazmış Məstan Əliyev və Nəriman Həsənzadənin mövzuya ba-
xış bucaqlarının fərqli olduğunu qeyd edir. Əsərin bu fəslində
60-80-ci illər poeziyasının ən parlaq simalarından olan Məm-
məd İsmayıl və Fikrət Sadıqla yanaşı, həmin dövrün bir çox
şairləri - Sərdar Əsəd, Məmməd Aslan, Ağacavad Əlizadə, Ey-
vaz Borçalı, Səyavuş Sərxanlı, Famil Mehdi, Vaqif Hüseynov,
Şahmar Ələkbərzadə, Vilayət Rüstəmzadə, Teyyub Qurban,