Seçilmiş əsərləri X 181
hissi keçirdiyindən söz açır, "dayağımdır, bayrağımdır, varlı-
ğımdır türklüyümüz" deyirdi".
V.Yusifli dövrün siyasi ab-havasının Xəlil Rza yaradıcılı-
ğından da yan keçmədiyini göstərir. Şairin yazdığı "Yes takaya
partiya" şeirində Sovet hakimiyyətinin qurucusu Lenini vəsf et-
məsini təbii sayır. Müəllif məsələyə bu prizmadan yanaşmaqda
bir daha sübut edir ki, nə və necə yazılmasından asılı olmaya-
raq, bu əsərlər milli poeziyamızın, milli təfəkürümüzün məhsu-
ludur.
Qeyd etmək lazımdır ki, müəllif bu fəsildə azərbaycançı-
lıq, türkçülük, azadlıq ideyalarının poeziyamızda təcəssümünü
məhz bu dövrlə bağlayır.
Altıncı fəsil "Vətənpərvərlik lirikası", "Təbiət lirikası",
"Təbiət-insan, təbiət-cəmiyyət problemlərinin poeziyada əksi",
"Sevgi lirikası" kimi bir-birindən rəngarəng, ardıcıl, ədəbiyyat-
şünasların diqqətini cəlb edən mövzularla daha da dolğunlaşır.
Xüsusilə "Sevgi lirikası" mövzusu orijinal şəkildə təqdim olu-
nur. Həqiqətən də tənqidçilər, oxucular nə qədər qəribə olsa da,
"XXI əsrdə sevgi varmı?" sualını verirlər. V.Yusifli isə öz təd-
qiqatında təkcə sevgi mövzusunda yazılmış poeziya nümunə-
lərinin mövzu və ifadə yozumunu tədqiq etməklə keçməmiş,
eyni zamanda "sevgi"yə çox orijinal tərif vermişdir: "Ancaq bu
gün Sevgi daha geniş anlamları ifadə edir, sevgi insanın özünü
dərk etməsi, durulması, daxilən yeniləşməsi, zənginləşməsi de-
məkdir, sevgi Həqiqətdir, Vicdandır, Xoşbəxtlikdir, sevgi ağıl-
la ürəyin vəhdətidir, daha doğrusu, "Ağıllı ürək”dir. Yəni, onu
təkcə intim, erotik bir hiss, duyğu kimi qavramaq olmaz .”
Göründüyü kimi, V.Yusifli məhz qeyd etdiyi sevgidən
bəhs edən poetik nümunələri araşdırmış və bu nümunələr içə-
risində "Sevgi ilə poeziyanın vəhdəti", "Sevginin öz obrazı",
"Yaşayan sevgi", "Həsrət obrazı" nüanslarını diqqətə çatdırmış-
dır. O, bu mövzu ilə əlaqədar araşdırma apardıqca müraciət et-
diyi sənətkarların da sırası genişlənir. Bu şairlər arasında Azər-
baycan poeziyasında eşqin, məhəbbətin ən böyük tərənnüm-