Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə72/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   68   69   70   71   72   73   74   75   ...   321
Firuzə Məmmədli 
190 
ruhu, ədəbi prosesin təhlili son nəticədə Vahid Azərbaycan 
təsəvvürünün monolitləşməsi ilə başa çatdı. 
Quzey Azərbaycanı ədəbiyyatının yetmiş illik inkişaf yo-
lu haqqında professor Şamil Qurbanov, professor Kamal Ab-
dullayev, İbrahim Bozyel və Yusif Gədikli məruzə ilə çıxış
etdi. Güney Azərbaycanı, onun problemləri, xüsusən buradakı 
ədəbi proses barəsində Londondan gəlmiş ədəbiyyatşünas alim 
və şair Həmid Nitqi məruzə etdi. 
Seminardan sonrakı qısa fasilədə biz yenə müxtəlif yönlü 
dərgi və qəzet müxbirləri, foto-reportyolar tərəfindən əhatə 
olunduq. Əlbəttə mənim üçün çox xoş idi ki, cavan şair-müxbir 
Atilla Yardıcı yenicə oxuduğum «Azərbaycan od içində» 
şeirimdən iki bənd əzbər deyib, şeiri elə mənim oxuduğum an-
daca əzbərlədiyini söylədi və xahiş etdi ki, şeirin tərcüməsinə 
kömək edim. Biz şeiri elə oradaca tərcümə etməli olduq. 
Həmin gün şölənin müəyyən etdiyi üç böyük mükafatın – 
ödüllərin təqdimi ilə başa çatdı. Bu çox təntənəli proses idi. 
Ödülləri Türkiyə Başbakınlıq Başdanışimanı böyük elçisi 
Namik Kamal Zeybək, Bursa valisi Necati Çətinqaya və Tür-
kiyə Yazarlar Birliyinin genəlbaşkanı Mehmət Doğan təqdim 
edirdi. Namik Kamal bəy tərəfindən təqdim edilən «Ə.Nəvai» 
mükafatının larueatı olmaq şərəfi mənə nəsib oldu. Qalan iki 
mükafat – Yunis Əmrə və Füzuli mükafatları özbək şairi Vahid 
Ernik bəyə və Qazaxıstanın xalq şairi Tımanbay əfəndiyə 
təqdim edildi. 
Mən bu mükafatı əlbəttə ki, təkcə öz yaradıcılığıma deyil, 
bütövlükdə Azərbaycan poeziyasına verilən bir qiymət kimi 
minnətdarlıqla qəbul etdim. 
Şölənin bağlanışından sonra xüsusi olaraq ayrılmış rahat 
avtobuslar bizi Konya şəhərinə gətirdi. 
Konya. Dahi Cəlaləddin Ruminin vətəni. Konya bu bö-
yük şairi şöhrətləndirib, yoxsa o, Konyanı bu qədər əziz və 
unudulmaz edib? Məlum deyil. Bu iki şöhrət bir-birini tamam-
layan, zinətləndirən bütövlük, kamillik, özümlülükdür. Şairin 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin