Seçilmiş əsərləri X 193
mirçizadənin, prof.M.Hüseynzadənin, İ.Əfəndiyevin xidmətlə-
rini də unutmaq olmaz.
Azərbaycan dilçiliyi elminin sonrakı davamçıları – ötən
yüzilliyin ikinci yarasından sonra coşqun elmi fəaliyyətləri,
dilçiliyimizin inkişafına verdikləri qiymətli elmi töhfələri ilə
seçilən dilçi-alimlərimiz F.Zeynalov, Ə.Abdullayev, T.Hacı-
yev, N.Məmmədov, A.Axundov, A.Qurbanov, H.Mirzəyev,
Q.Kazımov, C.Cəfərov və başqaları da öz növbəsində yeni nə-
sil dilçi mütəxəssislərin yetişməsində müstəsna rola malik-
dirlər.
Yeni nəsil dilçi alimlərimiz sırasında özünəməxsus elmi
nüfuzu və elmi maraq dairəsi ilə seçilən alimlərimizdən biri də
professor Buludxan Xəlilovdur. Prof.A.Axundov çox gəncikən
elmi dərəcə pillələrini uğurla adlayan bu istedadlı dilçi alimi
«Azərbaycan dilçilik elmində yeni nəfəs» adlandırmışdır. Hə-
qiqətən də, müasir Azərbaycan dilçiliyində yeni bir tədqiqat
istiqaməti və mübaliğəsiz demək olar ki, yeni dilçilik məktəbi
yaranmışdır. Sübuta ehtiyacı olmayan bu fikrin təsdiqini prof.
B.Xəlilovun iyirmi illik elmi axtarışlarının nəticəsi olan sanbal-
lı monoqrafiyalarında, elmi-pedaqoji və ictimai fəaliyyətində
izləmək mümkündür.
Prof.B.Xəlilovun bir-birinin ardınca nəşr etdirdiyi «Mü-
asir Azərbaycan dilinin fonetikası», «Müasir Azərbaycan dili-
nin leksikası», «Müasir Azərbaycan dilinin morfologiyası»,
«Türkologiyaya giriş» dərslikləri, «Mahmud Kaşğarinin «Di-
vani lüğət-it-türk» əsərində etnonimlər», «224 qədim türk sö-
zü», «Türkün hikmət xəzinəsi. Xoca Əhməd Yəsəvi» (Bakı,
2010) və s. bu kimi 30-a yaxın dərslik, dərs vəsaiti və kitabları
onun təkcə elmi-tədqiqat işi deyil, həm də bir sənət yanğısıdır,
onun işgüzarlığının, əzmkarlığının, vətənpərvərliyinin göstəri-
cisidir. Söz yox ki, B.Xəlilovun elmi yaradıcılıq obyektinin
mərkəzində müasir Azərbaycan dilinin tədqiqi dayanır. Bu
günlərdə çapdan çıxan «Dil, ədəbiyyat, mədəniyyət» əsərinin
böyük bir hissəsi də elə müasir Azərbaycan dilinin ən müxtəlif