Seçilmiş əsərləri X 201
Xəyal Rza ömrü uzun illərə hesablanmışdır. Yəni uzun-
ömürlülər sırasındadır. Çünki xeyirxahdır. Yaxşılıq etməkdən
zövq alır. Bunu mən demirəm. Görkəmli fransız filosofu Jan
jak Russo demişdir ki, xeyirxah adamların ömrü uzun olur.
Mən isə Xəyal Rza ömrünün ucalacağı yüksək zirvələri
və aydın səmaları görürəm.
Şəxsiyyətin yaradıcılığa təsiri böyükdür. Şəxsiyyətlə
yaradıcılığının mahiyyətini qovuşdurmaq isə hər sənət adamına
nəsib olmur.
Xəyal Rza şəxsiyyətini onun poeziyasından yaxşı kimsə
incələyə bilməz.
Bu mənada bir neçə kəlmə də şairin poeziya süfrəsinin
söz xonçalarından bəhs etmək yerinə düşər.
«Mehvəri eşqdir uca göylərin
Eşqsiz, ey dünya, nədir dəyərin». (N.Gəncəvi)
Eşq, buna sevgi, məhəbbət də deyilir. Yəni iki qütbün bir-
birinə cazibəsi: Göyün Yerə, dağın zirvəyə, çayların dənizlərə,
yoxuşun enişə, enişin yoxuşa can atmasıdır eşq. Eşqin bədii
mətnlərdə bülbül cəhcəhi, bənövşə boynubüküklüyü yetərincə
sinvolizə olunmuşdur.
Eşq... Onu tanımayan yoxdur. Onun oduna isinməyən,
işığına can atmayan, murad müjdəsinə sevinməyən yoxdur. O
ömürdür, həm də şirin və mənalı bir ömür. Onun əzabı da baş-
qa bir cazibənin zövqü, səfasıdır. «O insanı, insan onu yarat-
mış» (Cabir Novruz). Onsuz həyat quru və mənasız görünür.
«Eşqə inam bəsləmək, ayıqlığa vida deməkdir. Əgər «var» de-
yib inansan, həyata sarıl da, onu yaxşılığa doğru dəyişməyə
çalış. Çünki eşqsiz həyat susuz səhraya bənzəyir» (Y.V.Çə-
mənzəminli) Dünya, aləm, canlı və cansız nə varsa, hamısı
onun – bu ali duyğunun məhsuludur. Bir otun da, bir çiçəyin
də, bir sünbülün də canında eşq atəşi – enerjisi var. Belə olma-
sa, davamiyyət kəsilər.
Eşq – yaradıcı qüvvədir. Bəşər övladı bütün tarix boyu bu
odun enerjisindən bəhrələnib yaradıcı qüvvəyə çevrilmişdir.