Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə81/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   77   78   79   80   81   82   83   84   ...   321
Firuzə Məmmədli 
200 
məyən tərəfi funksional mövqeyə gətirməkdə özünü göstərir: 
daha doğrusu, sənin qələminlə araya-ərsəyə gələn əsəri oxucu-
lara, vaxta, zamana və Dünyaya çıxarmaq qabiliyyətində. Aris-
totelin dediyi kimi, «istedad təkcə gözəl əsər yaratmaqla deyil, 
həm də yaratdığını ortaya çıxarma qabiliyyətində, özünü göstə-
rir». Deməli yaratdığını ayaq tutub yeriməyə, yürüməyə, özünü 
təqdim etməyə, uzun illər yaşaya bilməyə öyrətmək – budur 
məsələnin görünməyən tərəfi. 
Xəyal Rza istedadı təkcə kamil poeziya nümunələri yarat-
maqla məhdudlaşmır. Onu ancaq bu cəhətdən qiymətləndirən-
lər unudurlar ki, Xəyalın olduqca incə duyumlu musiqi qabiliy-
yəti və olduqca məlahətli tenor səsi vardır. Onun ifasında milli 
musiqi sədalarımız, mahnılarımız özünü öz yerində, öz ampu-
lasında, ən başlıcası isə yarandığı, sevildiyi, dildən-dilə keçdiyi 
ana vətənində hiss edir. 
Xəyal Rza dövrün, zamanın, vaxtın adamıdır. O həyatın 
nəbzini tutan, onu yaşadığı cəmiyyətin, əhatəsində olduğu in-
sanların xeyrinə istiqamətləndirməyi bacaran bir gəncdir. 
Onun təşəbbüsü ilə yaranan və nakam şairimiz Mikayıl 
Müşfiqin ad gününü əbədiləşdirən «Şairlər günü» artıq ölkəmi-
zin hüdudlarından kənarda belə tanınmaqla, «Beynəlxalq şair-
lər günü» statusu qazanmışdır. 5 iyun... Həmin gün təkcə 
şairlərin deyil, ümumən mədəniyyət işçilərinin poeziya, musiqi 
bayramına çevrilmişdir. Xaricdən belə bu bayramın işığına top-
laşan şeir-sənət «pərvanələrini» isə bu bayramın gənc «Dədə 
Qorqudu» Xəyal Rza qarşılayıb, Xəyal Rza yola salır. Bay-
ramın keçirilməsinə Respublikamızın ən nüfuzlu ictimai birlik-
lərinin, səfirlik və şirkətlərin cəlb olunması da Xəyal Rza iste-
dadının başqa bir yönündən xəbər verir. 
Xəyal Rza təşəbbüslərinin həddi, hüdudu sonsuzdur. Ar-
tıq neçə illərdir ki, «ayb kitab.az» nəşriyyatının yaradıcısı kimi 
istedadlı gənclərin kitablarının işıq üzü görməsi sahəsində öz 
böyük və nəcib missiyasını şərəflə yerinə yetirir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin