Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə84/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   80   81   82   83   84   85   86   87   ...   321
Seçilmiş əsərləri X 
203 
Xəyal Rzanın Dünyaya, ətraf mühitə poetik baxışı özünə-
məxsus, orijinal poetexniki elementlərdə təzahür edir. Şeirləri-
nin ritmi, ahəngi, metaforik təqdimatları, qafiyə düzümü iste-
dadlı bir şairin daxili dünyasında çiçəklənməkdə olan şeir bağ-
çasından xəbər verir. Lakin bu bağçanın çiçəkləri həmişə «eşq 
qoxumur». Xəyal Rza bir mətbuat xidməti rəhbəri kimi gününü 
daim kompüter arxasında keçirsə də, onun qəlbindən, ürəyin-
dən, bütün qədd-qamətindən boy verən dövrə, zamana, ictimai-
siyasi duruma, işğal altında inləyən torpaqlarımıza olan daimi 
düşmən təxribatının xalqımızın qəlbinə vurduğu yaralara vətən-
daş münasibəti şeirlərinin canına-qanına hopmuş bir ağrı, bir 
sızıltıdır. Xəyal Rza baş verən faciələri özünün həssas şair 
qələmi ilə oxuculara ürək yanğısı ilə çatdırır: 
Üzündə qan ləkəsi, Zəhra... 
Dərdlərin ən yekəsi, Zəhra... 
«Dünya göz yaşı boyda, Zəhra»... 
Ömrün baş daşın boyda, Zəhra... 
Ürək boyda kəfənin, Zəhra... 
İki yaşlı Vətənim, Zəhra... 
Şair haqlıdır, böyük-kiçikliyindən asılı olmayaraq, Vətən 
övladına açılan güllə Vətənə ünvanlanır. Hər şəhid övladımız 
itirilmiş Vətən torpaqlarından gələn nalənin, fəryadın əks-sə-
dasıdır. 
Xəyal Rza poeziyası haqqında da çox danışmaq olar, la-
kin biz mövzumuzu istedadlı, cavan qələm yoldaşımıza yara-
dıcılıq uğurları arzusu ilə yekunlaşdırırıq. 
2007 


Firuzə Məmmədli 
204 
 
 
SƏNƏT VƏ SƏNƏT ADAMLARIMIZ HAQQINDA 
XATĠRƏ ÇƏLƏNGĠ, YAXUD –
BĠR «ƏLƏKBƏR» HEYKƏLĠ 
 
Salam, 
Everest zirvəsi, 
qarın, buzun, ucalığın?.. 
Bizə görə bir 
qulluğun?!. 
Everest Himalay dağlarının ən uca nöqtəsidir. Dünyada 
ən uca zirvə olub, hündürlüyü 8848 metrdir. Odur ki, «Dünya-
nın damı» adlandırırlar onu. 
Bu şeir parçası isə Ələkbər Salahzadənin 1970-ci ildə 
nəşr olunan «Od heykəli» kitabındandır. Onda Ələkbərin 29 
yaşı vardı. Müşfiq yaşında, dünyanın ən uca zirvəsinə müra-
ciət etməkdə şairin poetik məramı nə idi görəsən?! 
Yüksəklik – ucalıq rəmzidir, ucalıq – əzəmət, qürur, hör-
mət və ehtiram əlaməti. Binayi-qədimdən insanların dağ əzə-
mətinə, dağ vüqarına heyrəti, hörməti və pərəstişi olmuşdur. 
Dağlıq yerlərdə yaşayanların yerişində, duruşunda, boy-buxu-
nunda bir dağ vüqarı, xasiyyətində dağ sərtliyi və dağ əyilməz-
liyi olur. «Dünyanın damı» gənc və istedadlı bir şairin yara-
dıcılığında iz buraxmaya bilməzdi. Bir halda ki, istedad və 
gənclik bu şairdən, onun gələcəyindən zirvə ucalığı, zirvə əzə-
məti umurdu. 
Lakin Ələkbərin bu şeirində Everest təkcə zirvə əzəməti 
ilə boy vermir. «Everest» zirvə olmaqla, metaforik planda po-
eziyanın korifeylərinə işarədir. O korifeylərə ki, şair onların ya-
radıcılığında Everest ucalığı, Everest əzəməti, Everest heyrəta-
mizliyi görür. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin