Firuzə Məmmədli
214
maq lazımdır, hər cür zərərli vərdişlərdən. «Şıltağına» «küsüb-
barışmağna» səbrlə dözmək lazımdır. O gedəcək, qayıdacaq,
yenə sizinlə olacaq...
Sonda ustadım Ələkbər Salahzadənin əziz xatirəsinə daha
bir şeir təqdim etmək istərdim:
***
Şəklini gördüm
qəzetdə,
qara haşiyədə –
adını,
haşiyəni parçalayıb
çıxmaq istəyirdi
adın.
Adının qəlbində
haqsızlıqlara etiraz
şişib dağılırdı
sətir-sətir,
misra-misra.
Ölüm rekviyemi idi
şəklin.
Amma ölümə
etiraz idi
pencəyinin
hələ də
nəfəs alan
çiyinləri.
Şəklin
ölümə etiraz idi
duruşun,
baxışın,
gözlərində qıyılmış
Seçilmiş əsərləri X
215
təbəssümün,
dodaqların arasında
bərk-bərk sıxdığın
sözlərinlə.
Desənə
o sözləri,
desənə…
Sıxılmış dodaqlarını
partlada bilmədi
o sözlər,
ürəyini partlatdı.
Çıxdın
qəlbinə yığdığın,
haçansa
deyəcəyini vəd etdiyin
o sözlərin
içindən
ölümünlə.
Şair
gərək belə ölə,
eləmi?!.
«Qobustan» jurnalı, 2014
Firuzə Məmmədli
216
ĠKĠ OD ARASINDA
ÖMR EDƏN TARĠXĠMĠZ
“Ədəbiyyat qəzeti”ndə gedən “Alp ər Tonqa” adlı məqa-
ləni böyük maraq, diqqət və həvəslə oxudum. Doğrudan da əc-
dadlarımızın və torpaqlarımızın tarixi vaxt, zaman burulğanları
içərisində necə xaosa çevrilibsə, bu gün bu pırtlaşıq düşmüş
kələfi açmaq az qala müşkülə çevrilmişdir. Məqaləni oxuduqca
tariximizin xaos içərisindən – haradansa uzaqlardan, lap uzaq-
lardan gələn hünər və zəfər səsləri qulaqlarımda səslənirdi.
Mənə belə gəlir ki, qəlbində yurd-yuva məhəbbəti, ulularının
nəsil-nəsil əkildiyi torpaq yanğısı, əslə-kökə bağlılığı olan hər
bir kəs belə axtarışların izinə düşüb həqiqəti üzə çıxarmaq, tək-
cə çıxarmaq yox, tarixi ələk-vələk edib haqq olanı öz taxtında
oturtmaq əzmindən kənarda qalmamalıdır.
Məqaləni oxuduqca türkün dünyanın əvvəlindən gələn
“Ur!” nidasını eşidir, zəfər çalan orduların qələbə bayraqlarını
dalğalandıran təbil səsləri qulağında gurlayır, iftixar hissindən
köksün qabarır, bununla belə, şüuraltı olaraq içini-içalatını
göynədən suallar qarşısında acizliyini duyub göynəyirsən: Keç-
mişimizi, tariximizi, izimizi-tozumuzu yer üzündən silib-atma-
ğa cəhd göstərənlər kimlər idi axı? Tarix boyu bizi özümüzdən
uzaqlara tullayaraq öz yerimizdə, yurdumuzda bizə “Gəlmə”
adı qoymaq hansı xəbis niyyətlərdən doğub-törəyirmiş?! Bütün
bu nəhənglikdə tarixin gedişini bizim inkarımıza necə isti-
qamətləndirə bilmişlər?
Demək, bəhs açmaq istədiyim mətləblərdən biri də “Alp
ər Tonqa” adındakı “Tonqa” sözü ilə bağlıdır. Bu ad dilimiz-
dəki bəzi sözləri yadıma saldı: “Tonqal”, “donqar”, “döngə”,
“Təngə (altı)” və s.
Məqalə düşündürücü məzmunu, tarixə real baxışı, radikal
münasibəti ilə məni bir oxucu olaraq, fəth etdi: Yadıma böyük
|