Seçilmiş əsərləri X 219
mütəxəssislər belə hesab edirlər ki, II, III hissələr X əsrdə yazıl-
mışdır. Müəllif yazır: “O vaxt Albaniyada yaşamış müxtəlif dilli
və ləhcəli 26 alban qəbiləsinin artıq vahid bir dildə birləşməsi,
hələ V əsrdən Aran Azərbaycanının Şimal torpaqlarında onların
vahid dili olması indi tarix ədəbiyyatında şübhə doğurmur.
...Erməni kilsəsi yazılı abidələri qədim erməni dilinə –
qrabara tərcümə etməklə əslini məhv etmiş və bu abidələri er-
məni abidəsi kimi yaymağa cəhd göstərmişlər. Eyni aqibət “Al-
baniya tarixi”nin də başına gətirilmişdir.”
Hörmətli akademikimizin “26 alban qəbiləsinin artıq va-
hid dili olmuşdur” fikrinin davamı olaraq xatırlatmaq istərdim
ki, ötən ilin əvvəllərində prof. Q.Kazımovun “Kredo” qəzetinin
bir neçə nömrəsində Albaniyanın dövlət dili ilə bağlı çox
maraqlı və qiymətli məqaləsi dərc olunmuşdur. Məqalədə IX
əsrdə yaşamış Həmman adlı bir şəxsin “Alban dilinin qramma-
tikası” adlı kitabından bəhs olunur. Kitabda verilən nümunə-
ləri oxuyanda heyrətlənməyə bilmirsən. Sən demə, Albaniyanın
dövlət dili – Azərbaycan dili imiş. Bu dil fonetik sistemi (sait-
samit; ahəng qanunu), leksik tərkibi və qrammatik quruluşu eti-
barilə bugünkü ümumxalq danışıq dilimizdən çox az fərqlidir
ki, bu da tarixin işidir.
“Albaniya tarixi” kitabı nə qədər erməniləşdirilsə də, Qa-
rabağ torpaqlarının heç vaxt ermənilərə məxsus olmaması, bu
məkanın qədim siyasi qurumu olan Albaniya dövlətinin haki-
miyyət sükanının ermənilərin əlinə keçməsi işinin cəsus (er-
məni tərcüməçiləri bu sözü “cəsur” kimi vermişlər) Vardanın
xəyanətkar fəaliyyətinin nəticəsi olması faktı kitabda ört-basdır
edilə bilməmişdir. Bəri başdan bu kitabın erməniləşdirilməsi
barəsində akademik M.İsmayılovun fikrini bir daha xatırlatmaq
yerinə düşərdi. Bu kitabda demək olar ki, hər cümlə, hər abzas,
hər fəsil ermənilərin cəsur, xilaskar (xəyanətkar yox a...) bir
xalq olması barəsində ağız dolusu məddahlıqla başlayıb, məd-
dahlıqla bitir. Lakin kitabda heç cür gizləyə bilmədikləri belə
bir məlumat verilir: “...O (cəsur Vardan) ürəyinə vəfasızlıq