Firuzə Məmmədli 220
salaraq, ... qədim Aranşahları (yerli tayfa başçılarını) guya qo-
naqlığa dəvət etdi. O onlar üçün ölüm yemi hazırlayıb, öz qan-
ları ilə birlikdə onlara yedizdirdi. Onlardan altmışının başlarını
vurdurdu...” Altmış tirə, tayfa rəhbərini qanına qəltan edən
“Səfir” adı ilə Erməni məkanından Albaniyaya cəsusluq üçün
göndərilmiş Vardanın xəyanəti və amansızlığı kitabda “ürəyinə
vəfasızlıq salaraq” kimi yumşaq məzəmmət ilə verilirsə və bu
rəzillikdən sonra Vardanın Albaniyaya “hakim olması” barə-
sində iftixarla bəhs açılırsa, bu əsərin mətni üzərində erməni
barmağının gəzmədiyinə qətiyyən inanmaq olmur. Əlbəttə, mə-
sələnin bu istiqamətdə çözümünün sizin məqalənizlə bilavasitə
bağlılığı olmasa da, ümumən Azərbaycan, onun tarixi keçmişi,
bu tarixin gedişində onun başına gətirilən bəlalar dil açıb
danışmaya bilmir.
Belə görünür ki, ümidsizliyə qapılmağa elə də əsasımız
yoxdur. Dünyanın muzey və arxivləri (“Kitabi-Dədə Qorqud”
Vatikan və Drezdendən tapılmadımı?!) qədim Azərbaycan ba-
rəsində məlumat və təkzibolunmaz dəlillərlə dolub-daşır. Bu
məlumatların üzə çıxarılıb bugünkü müstəqil Azərbaycanımıza
qaytarılması üçün fədakar bir tədqiqatçı, onun səmərəli axtarış-
larının təminatı üçünsə ideal iş şəraiti və yüksək səviyyələrdən
diqqət və qayğı göstərilməsi vacibdir.
Yurdumuz, elimiz, maddi və mənəvi sərvətlərimiz min
illər boyu yağmalanıb, yad ellərə daşınıbsa, yandırılıb , izi-tozu
itirilibsə, bunun səbəbini həm də Azərbaycanın yerləşdiyi coğ-
rafi məkan və bu məkanın əsrlərlə hərbi yürüşlər, ticarət və si-
yasət üçün tranzit rolu oynamasında axtarmaq lazımdır. Əlbət-
tə, “burada öz başımızın hayına qalmaq”, “türk beynəlmiləlçili-
yi”(N.Cəfərov), tayfabazlıq, yerliçilik kimi birliyimizə mane
olan və sərvətlərimizin əlimizdən qoparılmasına aparıb çıxaran
amilləri də nəzərdən qaçırmaq olmaz. Üstəlik də tarix boyu bo-
ğazımıza keçmiş xəbis “qonşularımız”...
«Ədəbiyyat» qəzeti, sentyabr, 2015