Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə97/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   93   94   95   96   97   98   99   100   ...   321
Seçilmiş əsərləri X 
221 
 
 
HƏQĠQƏTLƏRĠMĠZĠN GÜZGÜSÜ 
 
Yenidənqurma sosial-ictimai həyətamızın güzgüsü kimi 
illərdən bəri yığılıb qalan əyər-əskiyimizi göstərməklə nöqsan-
larımızın düzəldilməsi yolunda xeyli iş görmüşdür. İctimai hə-
atımızda inqilabi yeniləşmə kimi qiymətləndirdiyimiz bu pro-
sesin sürətləndirilməsi və uğurla başa çatması işində telefiziya-
nın rolu əvəzsizdir. Təsadüfi deyil ki, bu gün Mərkəzi Televi-
ziya ilə aşkarlıq mövqeyindən nümayiş etdirilən bir çox sənədli 
filmlərə tamaşaçı marağı ən yaxşı bədii filmlərə münasibətdən 
heç də geri qalmır. Yenidənqurma Azərbaycan Televiziyasının 
proqramlarının tərtibində, verilişlərin məzmun və formasında 
süjet və kompozisiyasında, xüsusən bədii-publisistik materialın 
ekran həllində də özünün müsbət təsirini göstərmişdir. 
«Telefilm yaradıcılıq birliyinin» çəkdiyi «Rakurs» adlı 
sənədli lentin nümayişi ölkəmizdə gedən bu böyük və qarşısı-
alınmaz prosesin təbii nəticəsi kimi bir çox cəhətləri ilə yaxşı 
təsir bağışladı. Film təkcə ssenari və rejissura işi ilə deyil, həm 
də iştirakçıların seçilməsi və müsahibələrin həyat həqiqətini 
əks etdirmə dərəcəsi ilə gözlənilməz təsir bağışlayır. Belə ki, 
ekran hadisələrini müşahidə edən adi tamaşaçı hazır məhsulun 
qəbuledicisi, obyektiv və ya subyektiv qiymətvericisi olmaqla, 
kino yaradıcılığı prosesindəki çətinliklərdən, bu sahədə çalışan 
şəxslərin ağır və mürəkkəb işinin xüsusiyyətlərindən bixəbər 
olurlar. Buna görə də müşahidə edilən əsər barəsində çox asan-
lıqla söylənilən rəylər bir çox hallarda çəkiliş qrupunun ünva-
nına yönəldilmiş narazılıqlardan ibarət olur. 
Bu mənada, «Raukrs» filmi kino yaradıcılığının çətin və 
mürəkkəb prosesləri, bu sahədə hələ də davam etməkdə olan 
yayımlar barəsində ürəkaçıqlığı ilə, tamaşaçını razı salan bir 
səmimiyyət və reallıqla söylənilən, hamının ürəyindən xəbər 
verən bir etirafdır: sənədli telefilmlərimizin əsas kütləsində 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin