Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə105/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   101   102   103   104   105   106   107   108   ...   321
AYIN QARANLIQ TƏRƏFĠ 
 
İllərdən bəri qaranlıqlar içərisində çırpınan və məni söz-
söz doğrayıb misra-misra budayan duyğuların hara çəkilib get-
diyini özüm də bilmirəm. Birdən-birə içərimdə bir sevinc, bir 
nəşə dalğası məni yerimdən oynatdı. Yox, bu şeytan işiydi, mə-
ləklər mənimlə belə zarafat etməzdi. Amma hər nə idisə, elə 
xoş, elə cəlbedici idi ki... «Ah, heç olmasa, bir yazımda əbədi-
ləşdirəm bu duyğuları». Evə tələsirdim. Məni gözləyən qələmə, 
kağıza doğru can atırdım. 
İlahi! Hardan çıxdı yenə bu qadın. Bir ildən bəri gah bu, 
gah da o biri küçədə divara qısılıb, əllərini bir-birinin içində 
yumruqlayıb, göz qarşısında əriyə-əriyə büzüşən bu qadın. Oğlu 
tərəfindən aldadılıb, ev-eşiyindən, malından-mülkündən məh-
rum edilən və küçəyə alıtan bu binəva. Yox, o binava deyil. 
Onun qüruru hələ bu günə kimi bir kimsəyə əl açmamış, bir 
kimsədən köməklik ummamışdır. Yaxınlaşıram. İndicə yanın-
dan ötəcəyəm. Gözümü yumub keçəcəyəm yanından. Üzünə 
baxa bilmərəm. Baxışlarımda yazıqlıq hissi duyan kimi üzündə 
qəribə, son dərəcə yırtıcı bir ifadə peyda olur. Elə bil tanıma-
dığın bir darvazanı açırsan və içəridən bədheybət bir it hartıyla 
qəfilcə üstünə tullanır. 
Bu duyğularla qadının yanından haçan keçib getdiyimi, 
evə gəlib qələmi götürdüyümü bilmədim. Və başlanğıcda məni 
qanadlandıran o duyğular barəsində içərimdə heç nə qalmadı-
ğının fərqinə varmadan silaha sarılırmış kimi sarıldım qələmə: 
Çırpma məni dağa-daşa, 
qara qartal, ölən deyiləm. 
Sənin caynaqlarının 
qanlı yarasını 
daşıyıram canımda. 


Seçilmiş əsərləri X 
233 
Yara canımdan, 
qanımdan gəlir. 
Yara kimi yaşayacağam 
insanlığın 
vicdanında, 
insafında, 
mürvətində, –
ölməyəcəyəm, 
qara qartal!.. 
Bayaqkı işıqlı ovqatdan əsər-əlamət qalmamışdı. 
Demək, mənim qismətimə Ayın qaranlıq tərəfi olmaq dü-
şüb. Canımda işıqlı tərəfin həsrəti, mən qaranlığı yazıram, 
qaranlığa ağlayıram, qaranlıqdan çəkib çıxardıram dərdlərimizi 
– misra-misra, bənd-bənd. İşıqlı tərəfi hamı görür, qaranlıq tə-
rəfi görməyə can atanların isə hələ zamanı gəlməyib. 
2007 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin