Seçilmiş əsərləri X
229
MƏNZƏR NĠYARLl – 60
60 illik yubiley mərasimindəki çıxışım.
Mənzər Niyarlı ədəbiyyatımızın nəsr qoluna qüvvət verən
istedadlı yazıçılarımızdandır. Mənim onunla tanışlığımın 30 il-
dən bir az çox yaşı var. Mənzər xanımı ilk dəfə görəndə o mən-
də iki hiss, iki fıkir oyatdı: Əvvala, Mənzər xanımın təmkini,
səbirli, ağır-sabır davranışı məndə belə bir fıkir oyatdı ki, o çox
dərin düşüncəli, ciddi, hadisələri
dönə-dönə saf-çürük etməyi
xoşlayan bir xanımdır. İkinci fıkir bir qədər qəribə səslənsə də,
mənə belə gəldi ki, Mənzər xanım mənəviyyat adamından daha
çox həyat adamıdır. O real həyatla, gündəlik qayğılarla daha
çox bağlıdır. Sonralar onun əsərləri ilə tanışlıq təsəvvürümdə bu
iki mövqeyi birləşdirdi və Mənzər xanım təsəvvürümdə bir ya-
zıçı kimi tamlaşdı.
Sən demə, Mənzər xanımın real həyat ha-
disələri ilə bağlılığı onun müşahidə qabliyyətinin güclülüyün-
dən irəli gəlirmiş. Dərinlik isə onun müşahidə etdiyi faktları
təhlil qabiliyyəti ilə bağlıdır. Xasiyyətindəki
plastika Mənzər
xanımın hadisələrə, götürdüyü mövzunun bədii həllinə ciddi və
tələbkar yanaşmasına maneçilik törətmir. Mənzər xanımın cid-
diyyəti o qədər ciddidir ki, bəzən mənə elə gəlir ki, o dəlilər
haqqında yaza bilməz. Yəni dəlilər haqqında
yazmaq üçün
Mənzər xanım çox ağıllıdır. Mənzər xanımın dəst-xətti, özünə-
məxsusluğu, orijinallığı onun bütün qələm məhsullarında nəzəri
cəlb edir. Onun nəsri təmizdir, pakdır. Erotika, parnoqrafıya
həlləm-qəlləmliyi Mənzər xanımın nəsrinə yaddır. Tipajları da
təmiz, saf dağ adamı kimi mərdanə və vicdanlı adamlardır. Bu,
həyatın gözəl tərəfıdir. Gözəl tərəfı isə ancaq gözəl gözlərlə
görmək olar. Mənzər xanım öz bədii obrazlarını ömrün kamillik
pilləsindən götürür. Həyatın ortasından, qayğı və ehtiyaclarının
içindən götürür.