Firuzə Məmmədli
228
da, ağılarımızın da, sayaçı mahnılarımızın da yaradıcısı, bəstə-
karı, müğənnisi odur.
Deməli şairlik qadının təbiətində onun mənəviyyatının
ayrılmaz bir hissəsi, bir komponentidir. Onda baxaq görək min
illik tariximiz ərzində biz çoxmu qadın şairimizin adını uca tut-
muş, qoruyub saxlamış, çoxmu qadın şairlərimizin yaradıcılı-
ğını qədərincə öyrənmək imkanı əldə etmişik? 800 il bundan
əvvəlki əsr bizə Məhsəti Gəncəvini göndərib. İlahi, özü də nə
gündə, nə bərbəzəkdə? Nə söz-söhbətdə?
Məhsətidən Natəvana, Heyran xanımna qovuşmaq üçün
Azərbaycan poeziyası 600 ildən yuxarı yol getməli olub. Do-
ğurdanmı bu itirilən yüzillər bizə qadın şairlərimiz barəsində
heç nə demir? Əlbəttə belə deyil. Onlarla, bəlkə də yüzlərlə qa-
dın şairimiz olub. Nadan münasibətlər, maddi ehtiyaclar, xüra-
fatın hücumları, cürbəcür faciəli taleləri bu sənət fədalilərinin
yeganə mükafatı olub. Hörmətli yazıçımız Əzizə Cəfərzadənin
tədqiqatlarından bu barədə istənilən qədər məlumat ala bilərik.
Bəli, qadın yazıçı və şairlərimizin bugünkü taleyi ilə 100
il, 200 il, 500 il, 800 il bundan əvvəlki taleyi arasında bir o qə-
dər də fərq yoxdur. Yenə həmin şübhəli, həqarətli, laqeyd, say-
mazyana münasibət, yenə həmin faciəli tale, qurbanlar, məh-
dudiyyətlər...
1990
Seçilmiş əsərləri X
229
MƏNZƏR NĠYARLl – 60
60 illik yubiley mərasimindəki çıxışım.
Mənzər Niyarlı ədəbiyyatımızın nəsr qoluna qüvvət verən
istedadlı yazıçılarımızdandır. Mənim onunla tanışlığımın 30 il-
dən bir az çox yaşı var. Mənzər xanımı ilk dəfə görəndə o mən-
də iki hiss, iki fıkir oyatdı: Əvvala, Mənzər xanımın təmkini,
səbirli, ağır-sabır davranışı məndə belə bir fıkir oyatdı ki, o çox
dərin düşüncəli, ciddi, hadisələri dönə-dönə saf-çürük etməyi
xoşlayan bir xanımdır. İkinci fıkir bir qədər qəribə səslənsə də,
mənə belə gəldi ki, Mənzər xanım mənəviyyat adamından daha
çox həyat adamıdır. O real həyatla, gündəlik qayğılarla daha
çox bağlıdır. Sonralar onun əsərləri ilə tanışlıq təsəvvürümdə bu
iki mövqeyi birləşdirdi və Mənzər xanım təsəvvürümdə bir ya-
zıçı kimi tamlaşdı. Sən demə, Mənzər xanımın real həyat ha-
disələri ilə bağlılığı onun müşahidə qabliyyətinin güclülüyün-
dən irəli gəlirmiş. Dərinlik isə onun müşahidə etdiyi faktları
təhlil qabiliyyəti ilə bağlıdır. Xasiyyətindəki plastika Mənzər
xanımın hadisələrə, götürdüyü mövzunun bədii həllinə ciddi və
tələbkar yanaşmasına maneçilik törətmir. Mənzər xanımın cid-
diyyəti o qədər ciddidir ki, bəzən mənə elə gəlir ki, o dəlilər
haqqında yaza bilməz. Yəni dəlilər haqqında yazmaq üçün
Mənzər xanım çox ağıllıdır. Mənzər xanımın dəst-xətti, özünə-
məxsusluğu, orijinallığı onun bütün qələm məhsullarında nəzəri
cəlb edir. Onun nəsri təmizdir, pakdır. Erotika, parnoqrafıya
həlləm-qəlləmliyi Mənzər xanımın nəsrinə yaddır. Tipajları da
təmiz, saf dağ adamı kimi mərdanə və vicdanlı adamlardır. Bu,
həyatın gözəl tərəfıdir. Gözəl tərəfı isə ancaq gözəl gözlərlə
görmək olar. Mənzər xanım öz bədii obrazlarını ömrün kamillik
pilləsindən götürür. Həyatın ortasından, qayğı və ehtiyaclarının
içindən götürür.
|