Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə100/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   96   97   98   99   100   101   102   103   ...   321
Seçilmiş əsərləri X 
225 
 
 
“MƏNƏ - ACI KÜLƏYĠN DƏ BAL DADIR” 
Harda olursan-ol, böyük-kiçikliyindən asılı olmayaraq, 
doğulduğun o mikroməkan gözünün saralan kökü, burnunun 
göynəyən ucu olacaq. Bütün ömrüm boyu qulağından «gəl», 
«qayıt», «səni görmək istəyirəm» nidaları əksilməyəcək, nəsə 
itirmiş kimi elə hey gözün axtaracaq, kimisə gözləyirmiş kimi 
elə hey gözün yol çəkəcək. Bax, bu Vətəndir, bu Anadır, bu ata 
ocağıdır. 
Bu dünyanın iynə gözü yerisən,
Çölün, düzün, çiçəklərin - adicə.
Dağın yoxdur, yüz ağacdan görükə, 
Arıların, böcəklərin - adicə. 
... Məni soyuq torpağın da isidir,
Mənə acı küləyin də bal dadır. 
İnsan üç nəsnədən qəriblik çəkir. Vətəndən uzaq düşəndə, 
ata və anasını itirəndə. Sonuncuları Allahın boynuna yıxıb, bir 
təhər alışırsan, amma Vətən... Bu mümkünsüzdür. 
Canaxır mənim doğulduğum, boya-başa çatdığım kənddir. 
Xaçmaz isə o zaman üçün rayon mərkəzi, gözümü açıb ilk gör-
düyüm şəhər. Canaxır mənim xəyallarımında öz yaşıllığı, bar-
bəhəri, hər şeyi yerində olan dörd fəsli, dərin dərələri, müəm-
malı təpələri, yal-yamacı, körpəliyimin şahidi olmuş rəhmətlik 
qocaları ilə yaşayır. Odur ki, mənim Canaxıra həsr etdiyim bol-
bol şeirlərdə bu məkan ən müxtəlif yönlərdən əzizlənir. 
Qayalar da, təpələr də otlanıb,
Yaman düşüb yazın əli bu kəndə,
Yamacları yaşıl-yaşıl qatlanıb,
Görən deyir, bir də gəlim bu kəndə.


Firuzə Məmmədli 
226 
Xaçmaz ilkin gördüyüm vaxdakı araba təkərlərinin xırçıl-
tılı səsi, küçədə qaçışan ayaqyalın uşaqları, elə kənddəki evlər 
kimi ikimərtəbəli evləri ilə, sonralar isə (təxminən ötən əsrin 
60-70-ci illərində) topuğa qədər lehmə palçıqlı avtovağzalı və 
bazar meydanı ilə (Bunlar bir-birinə yaxın idi) xəyalımda ya-
şayır. Sonralar çox şey dəyişdi. Xaçmaz şəhər statusu aldı. Xaç-
mazda üçmərtəbəli xəstəxana binaları, beşmərtəbəli evlər, ya-
taqxanalar, təzə kinoteatr binaları tikildi. Köhnə parklar abadaş-
dırıldı. Qədimdən-qədim Xaçmazın görkəmində yeniləşmə, 
gəncləşmə getməyə başladı. Hər şey insan əlindədir, hər şey 
gün-güzarandan asılıdır. İnsan öz ətrafında cənnət yaradıb öz 
yer ömrünü cənnətdə də keçirə bilər, cəhənnəm yaradıb cəhən-
nəmdə də. Yeri gəlmişkən, «Xaçmaz» toponimi barəsində: Bu 
ad ilk dəfə VII əsr ərəb mənbələrində müşahidə olunur. «Xoz-
mas» fonetik tərkibində qeydə ahnmışdır. Prof. Q.A.Qeybul-
layev bu adı «Xoz- xaz-kas-qaz kimi variantlarda qədim türk 
xalqları olan kaspi-xəzər tayfalarına calayır. «Mas» isə massa-
getlərlə əlaqələndirilir. Xaçmaza yolum gec-gec düşür. Çox 
vaxt Canaxırdan üzübəri qayıdıram. Odur ki, burada gedən də-
yişikliklərdən xəbərsiz oluram. Elə bunun nəticəsidir ki, bu yay 
Xaçmaz şəhərinin küçələri ilə şütüyüb keçən taksidən baxanda 
şəhəri tanımadım. Mənə elə gəldi ki, möcüzə baş verib və taksi-
miz hansısa son dərəcə abad və müasir bir şəhərə düşüb. Yol 
boyu yüksək memarlıq üslubu ilə tikilmiş, yaxud təmir olunmuş 
binalar öz durumu, düzümü, parlaq görkəmi ilə göz oxşayır, 
adamı heyrətdə qoyur. Tam səmimiyyətimlə deyə bilərəm ki, 
Xaçmazda hələ bu vaxta qədər bu zövqdə, bu incəlikdə, bu təm-
təraqda tikinti-quruculuq işləri aparılmamışdı. Şəhərın icra baş-
çısı cənab Şəmsəddin Xanbabayevə qəlbimdə dərin bir minnət-
darlıq hissi duydum. 
Sevindirici haldır ki, bu gün böyük vətənim Azərbaycanın 
hər yerində olduğu kimi, Xaçmazda da nəhəng quruculuq işləri 
aparıhr. 
 «Azərbaycan sədaları» jurnalı.
Oktyabr-noyabr. 2009 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin