Seçilmiş əsərləri X 231
adət və ənənəsinin klassik ifadəsi olan bu epizodu bircə cümlə
ilə deyir: «Yeməkdən əvvəl əl suyu verildi». Qısa, yığcam, mə-
nalı və bütün detallarına qədər təminatlı. Mən deyərdim ki,
Mənzər xanımın ümumiləşdirməsi bu mənada böyük Yusif Və-
zir ümumiləşdirməsinə yaxınlaşır. Bu dəfə Mənzərdən nümunə:
«Əyilib tələsik təndirdə qızaran çörəkləri əski parçası doladığı
sağ əlilə bir-bir çıxartdı, təknəyə yığdı, ərinin ardınca evə keçdi,
təknəni başından götürüb yerə qoydu». Bu təsvirdə Nisənin
təknəni başma qaldırması barədə heç nə deyilmir. Elə yaxşı ki,
deyilmir, çünki «təknəni başından götürüb yerə qoydu» cümləsi
məntiqi cəhətdən bu məlumatı da özündə ifadə edir. Yəni təknə
başa qaldırılıb ki, sonra başdan da götürülür də.
Mənzər Niyarlı bütün yaradıcılığı boyu öz üslubuna, bədii
təfəkkürünün ifadə imkanlarına sadiq qalan bir yazıçıdır. Bu-
nunla belə, onun yazıçı qələmi əsərdən-əsərə kamilləşmiş, püx-
tələşmiş və ədəbi yaradıcılığın müasir tələbləri səviyyəsinə yük-
səlmişdir. Yazıçının son dövr yaradıcılığında müasir ictimai-
siyasi durumun ziyalı taleyindəki rolu özünün real bədii təsvir
imkanları ilə seçilir. Bu isə müəllif müşahidəsinin təkcə olmuş-
ları təsvir etməklə məhdudlaşmaması, bütün böyük yazıçılarda
olduğu kimi, həm də hadisələrə analitik baxış bucağından nüfuz
etməsi və əlbəttə ki, proqnozlaşdırma imkanlarına malik olma-
sından irəli gəlir. İstedadlı yazıçının məhsuldar qələminin im-
kanları genişdir, tükənməzdir.
O qayğıkeş və fədakar ana, istəkli nənədir.
Onun 60 yaşmı təbrik edir, ona can sağlığı, bol-bol yara-
dıcılıq uğurları, ailəsinin və nəvə-nəticəsinin əhatəsində uzun
və səadət dolu bir ömür arzulayırıq.
2010