Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə106/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   102   103   104   105   106   107   108   109   ...   321
Firuzə Məmmədli 
234 
 
 
 «ALOVUNA ÜġÜYƏN ġAM»A
ÖN SÖZ
Şəfəq Sahibli müasir poetik düşüncə imkanlarını orijinal 
deyim tərzi ilə zənginləşdirən şairlərimizdəndir. Onun bədii-
estetik ifadə sənətkarlığı şeirdən-şeirə durulur, cilalanır və yeni-
yeni poetik tapıntılardan xəbər verir. Son dövr yaradıcılığı 
şairənin qələminin daim inkişafda olduğunu göstərir. 
Şəfəq Sahibli konkret ünvanlı mövzulara müraciət etmək-
dən çəkinmir; o, ədəbiyyatımızın koriefylərini – ədəbi sələf-
lərimizi diqqətlə və müntəzəm izləyir. Bu günlərdə başa çatdır-
dığı «Alovuna üşüyən şam» lirik-psixoloji, şərti mənada fraq-
mental poeması da şairin öz üzərinə cəsarətlə götürdüyü ədəbi 
varisliyin nəticəsidir. 
Sələflərə hər hansı bir formada ithaf əsəri yazmaq olduqca 
məsuliyyət və diqqət tələb edən bir işdir. Bunun niyəliyinə var-
madan qeyd etmək istərdim ki, müəllif xalq şairi Nigar Rəfi-
bəyliyə həsr etdiyi bu poemasında böyük şairimizin portert ciz-
gilərini verməkdən, onu hansısa süjet kompozisiya çərçivəsində 
təqdim etməkdən çox uzaqdır. Maraqlıdır ki, ənənəvi poema 
üslubundan kənar olan əsərdə, şair ədəbi irsi vasitəsilə yaxından 
tanıyıb bir qadın intuisiyası ilə duyduğu, anladığı xanım şairi-
mizi qədim fəlsəfi təfəkkürümüzün bizə Yer üzündə həyatın 
əsası kimi tanıtdığı dörd ünsürdə arayır. Bu məqsədlə ilk növ-
bədə Nigar xanımın öz şeirlərindən dörd ünsürlə bağlı bəndləri 
seçib poemanın canına, qanına hopdurur; küləyə, səmaya dair 
şeirlərində havanı, dəniz şeirlərində suyu, dağlara, yollara həsr 
olunan şeirlərində torpağı, günəşlə, şamla bağlı şeirlərində odu 
görür və sanki ipin ucunu tutaraq, qəhrəmanı ilə üz-üzə, göz-
gözə danışmaq üçün səfərə çıxır. Əfsus ki, sonda bu yürüş xa-
nım şairimizin məzar daşının ətəyində bitir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin