Firuzə Məmmədli 238
qız-gəlinin xəcalətini sümüyündə, iliyində duyursan. Duyur və
hələ də nəyisə gözlədiyini görə-görə qovrulursan.
Əsəri oxuyur və az qala yazıçını amansızlıqda günahlan-
dırırsan. Günahlandırırsan ki, axı, Şeyda xalanın yeganə oğlunu
niyə bu müsibətlə öldürür, günahlandırırsan ki, axı, o gözəllikdə
qızların təhqir olunmasını necə rəva bilir, günahlandırırsan ki,
ağbirçək Həcər nənəni niyə bu kökə salır, niyə hamiləliyini giz-
ləyə-gizləyə körpəsini işıqlı dünyaya gətirmək arzusu ilə yanan
Ceyranın başına bu boyda faciə gəlir? Lakin nə edəsən ki, bütün
bunlar olmuşdu. Bütün bunların əsərdə real bədii boyalarla təs-
viri Nüşabə xanımın istedadından, püxtələşmiş qələmindən və
zəngin bədii təxəyyülündən xəbər verir.
«Zəngulə» təkcə olmuşların fəryadını bu günə çatdırması,
itirilmiş torpaqlarımızın qaytarılması uğrunda döyüş təbillərini
səsləndirməsi ilə deyil, mənfur düşmənlərimizin heç vaxt çıxa-
rılmayan tamah dişinə qarşı daim əldə silah hazır olmağa, içi-
mizdə qoyun dərisinə girmiş canavar kimi adımızı, soyadımızı
özəlləşdirib keyfi kök-damağı çağ yaşayan, müharibənin odu-
alovu içərisində iki tərəfə işləyən anası erməni Qurgenlərə, oca-
ğımızın başında gəlin olub, yarı erməni, yarı türk nəsil artıran
və erməni qarışığı olduğunu heç vaxt unutmayan Gülbəndlərə
qarşı ayıq-sayıqlığa çağırışı ilə də qiymətli bir əsərdir.
Qarabağ mövzusunda yazılmış bədii əsərlər sırasında özü-
nəməxsus yeri olan bu povestin əlamətdar cəhətlərindən biri də
onunla bağlıdır ki, yazıçı hadisələrin təsvirində seyrçi deyil,
iştirakçıdır. O, oxucunu hadisələrin əsiri edir. Əsirliklən qəribli-
yə düşən, burada da talesizliyin əsiri olan gənc bir azərbaycanlı
qızın iztirabları ilə yaşayan oxucu bədii əsər oxumur, bütöv bir
müharibə keçir, bütöv bir müsibət yaşayır.
Bu bizik, əziz oxucu. Bu bizim müsibətimizdir. Qarabağ –
qara baxt deyil. Biz bunu sübut etməliyik!
«Zəngulə», Bakı. 2004