Firuzə Məmmədli 212
İfa tərzindəki bənzərsizliyi, musiqinin fəlsəfi qatlarındakı
gəzişmələri, səsinin imkanlarından maksimum bəhrələnmə,
dinləyicilərin qəlbini fəth etmə baxımından yuxarıda adları çə-
kilən müğənnilərlə bərabər, Əbülfət Əliyev, Arif Babayev,
Əlibaba Məmmədov, Alim Qasımov, Xumar Qədimova ifaçılıq
sənətinin Everest zirvələri sayılmalıdır. Bu sənətkarlar Azər-
baycan xalqına Tanrı məhəbbətinin zərif ruhi təcəssümüdür.
Fikrimcə, hazırki musiqi ifaçılığında Elnarə Abdullayeva və
Xumar Qədimova ifası zamanın döyünən nəbzidir.
Hər bir xalqın tarixi onun mədəniyyət tarixindən başlanır.
Odur ki, mədəniyyətin qorunması inkişafı, milli kökdən uzaq-
laşmadan yeniləşməsi dövlət siyasətinin mühüm tərəflərindən
biri hesab olunur.
Belə düşünməsinlər ki, mən keçmişdən qopa bilmirəm.
Keçmiş nədir? Mənim üçün keçmiş yoxdur. Bir halda ki, bütün
ömrüm boyu gördüklərim, bildiklərim mənimlədir, mənlə birgə
yaşayır. Heç vaxt məni tərk etmir. Bilirsinizmi, qəribə olsa da,
deməliyəm ki, bəzən mən gördüyüm və münasibət saxladığım
adamların dünyadan köçəndən sonra da səslərini eşidirəm.
Adlarını sadaladığım müğənnilərimiz günlərlə, aylarla beynim-
də mənimçün konsert verirlər. Öz səsləri ilə eşidirəm onların
bir vaxt oxuduqları mahnıları. Məsələnin xırdalıqlarına varma-
dan, bunu şüuraltı da adlandırmaq olar. Amma nə olursa-olsun,
bunun özü mənim üçün keçmiş deyiləni bugünlə bağlayan bir
haldır və bu məni təmin edir.
Əlbəttə mən indinin incəsənətini, söz sənətini inkar et-
mək, görməməzliyə vurmaq fikrində deyiləm. Poetik tapıntılar,
oxucunu heyrətləndirən şeir nümunələri bu gün də yaranır.
Gənclərin şeirlərindəki poetik ruh, bədii kəşflər, obraz ye-
nilikləri, sənətkarlıq axtarışları çox yaxşı təsir bağışlayır. Belə
gənclərə ayrı-ayrılıqda qayğı göstərərək, bəyənildiklərini onla-
ra çatdırmaq, onları qorumaq və yetişdirmək qayğısına qalmaq
biz yaşlıların borcudur. Lakin zamanın soyuqluğu və sərtliyi ilə
yoğrulan, bəzən erotik, bəzən ironik, bəzən poeziyadan uzaq