Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə85/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   81   82   83   84   85   86   87   88   ...   321
Seçilmiş əsərləri X 
205 
Hər halda poeziyanın ötən əsrin 60-70-ci illər gəncliyini 
bu günkü gəncliklə müqayisə etmək olmaz. Açıq desək, o döv-
rün gənc ədibləri özlərindən əvvəlkiləri bəyənməmək, aşağıla-
maq yolu ilə özünü qaldırmaq (əgər bu qalxmağa köməkdirsə) 
fikrindən çox-çox uzaq idi. Əlbəttə, oğullar-atalar problemi ta-
rix boyu mövcud olub. Lakin yenilər özündən əvvəlkiləri inkar 
etmək deyil, sənətdə «adət qoxusu» (Y.V.Çəmənzəminli) verən 
məqamlardan qaçmaq, sənətin ruhunu, nəfəsini təravətləndir-
mək, sənətə nəsə bir yenilik gətirmək məqsədi daşıyırdılar. Bu 
da təbii ki, irəliləyiş idi, bir yerdə durub təpik döyməkdən qaç-
maq idi. 
Ələkbər Salahzadə yaradıcılığı lap əvvəldən fikrin ifadə 
və məzmun planındakı keyfiyyət yenilikləri ilə səciyyəvidir. 
Onun poetik deyimində «qaçan atın ayaq səslərini eşidir, par-
par yanan nallarının qönçə-qönçə açılışını» görür, yel dəyirma-
nının pərlərində dolaşıb qalan əlçim-əlçim küləyin iniltisini 
duyuruq: 
Bir at keçdi
nallarında od keçdi. 
Daş yolu çala-çala, 
ayaqları 
səs dolu qönçə kimi 
açıla-açıla 
bir at keçdi. 
Yaxud: 
Səhərin içindən 
bir günəş çıxdı, 
nəhəng bir yumurta 
sarısı kimi. 
Uca bir budağa qalxdı 
günorta, 


Firuzə Məmmədli 
206 
kəndçinin qanpipik 
xoruzu kimi. 
Ələkbər yaradıcılığa obrazlar şairi kimi gəldi. Onun ob-
razları öz təravətini və yeniliyini bu gün də qoruyub saxlamaq-
dadır və yaradıcılığa başlayan gənclik üçün bir örnək, bir 
məktəbdir. 
Camalın Kamal oğlu 
dərslərindən axsıyırmış. 
Odur ki, 
adlı-sanlı, sinli dədəsini də 
qoltuq ağacı tək 
götürüb gəlib. 
Əlbəttə, axsayana qoltuq ağacı vacibdir. Lakin «dərsin-
dən axsamaq» və irəli getməsinə kömək etmək üçün dədəsini 
«qoltuq ağacı» etmək artıq Ələkbər Salahzadə poetik nitqinin 
özünəməxsusluğudur. 
Şairin ötən əsrin 70-ci illərində poeziyaya gətirdiyi «qol-
tuq ağacı» metaforası 90-cı illərdə yaradıcılığa başlayan bir çox 
gəncin ilham mənbəyinə çevrilmişdi. 
Ələkbər Salahzadə 60-cılar sırasında poetik nitqimizi 
özünün coşğun ilhamı və istedadı ilə zənginləşdirən şairləri-
mizdəndir. Elə istedadlı olduğu üçün də istedadlı gənclərin 
böyük ədəbiyyata yolunu işıqlandırmağa çalışırdı. Şəxsən mə-
nim ədəbiyyata gəlişim Ələkbərin açdığı belə qapıların birin-
dən keçib. Keçib və mən deyərdim ki, uğurlu da olub. 
Onun böyük ürəyi, şəxsiyyət bütövlüyü, poetik sözün də-
yərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmək qabiliyyəti, qədir-
bilənliyi, qayğıkeşliyi yaradıcılığımın başlancığında mənə öz 
qardaş əlini uzatdı. Tutdum o əldən, inam, etimad, etiqad və 
minnətdarlıqla. Bu əhvəlat belə olmuşdu: 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin