Firuzə Məmmədli
198
ləri qorumaqla, yaĢatmaqla, təbliğ etməklə yanaĢı, müasir
dünyamızın televiziya və radio qarĢısında qoyduğu tələbləri
də öz fəaliyyətində sintez etməyi bacarır».
«Mədəniyyət məsələləri» bölməsi təkcə yuxarıda adı çə-
kilən tədqiqatlarla deyil, eyni zamanda «Rəyçi sözü», «Türko-
logiya», «Zəngəzur» adlı kitab, yaxud erməni uydurmasına tu-
tarlı cavab» və s.
dilimizin, mənəviyyatımızın
aktual məsələ-
lərinə həsr olunmuş bu kimi elmi araşdırmalarla da yadda qalır.
Qətiyyətlə söyləmək olar ki, özündə Azərbaycan dilçiliyi-
nin, ədəbiyyatşünaslığının, mədəniyyətinin ən aktual problem-
lərini birləşdirən beş yüz səhifəyə yaxın «Dil,
ədəbiyyat,
mədəniyyət» əsəri alimin ana dilimiz və Azərbaycançılıq qarşı-
sında mənəvi borcunun təzahürüdür. «Dil, ədəbiyyat, mədəniy-
yət» əsəri dilimizə sonsuz məhəbbətin rəmzidir.
Firuzə Məmmədli,
Bəhram Cəfəroğlu.
«Yeni Azərbaycan» qəzeti. 4 may 2013-cü il.