Firuzə Məmmədli 194
problemlərinə həsr olunmuşdur. On illik zəhmətin bəhrəsi olan
bu əsərdə müəllifin dilimizə, ədəbiyyatımıza və mədəniyyəti-
mizə həsr olunan əlliyə yaxın irihəcmli, elmi-publisistik məqa-
ləsi toplanmışdır. Əsər üç böyük bölmədən ibarətdir. «Dil mə-
sələləri» adlanan birinci bölmə «Azərbaycan dili milli varlığı-
mızdır» adlı üç məqalə ilə başlayır. Yaradıcılığını bütünlüklə
Azərbaycan dilinin fonetikasının, leksika və qrammatikasının
tədqiqinə həsr edən prof. B.Xəlilov müasir Azərbaycan dilinin
müxtəlif sahələrinə aid elmi axtarışların müəllifi kimi, Azər-
baycan dilinin keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan
alimlərimizdəndir. Bu mənada, «Azərbaycan dili milli varlığı-
mızdır» adlı yazısı onun elmi yaradıcılığına doğma olan bir
mövzuya – dil tarixinə həsr olunub.
«Dilimiz varlığımızdır» adlı ikinci yazıda Azərbaycan
dilinin saflığı uğrunda mübarizə aparan, ana dilimizin millilik
zəminində inkişafına çalışan fədakar insanların ötən əsrin 50-ci
illərində göstərdiyi misilsiz xidmətlərindən bəhs edilir. Müəllif
haqlı olaraq qeyd edir ki, həmin illərdə siyasi təzyiq və təqiblə-
rə baxmayaraq, Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə,
T.Hacıyev və H.Mirzəzadənin Azərbaycan dilinin tarixi köklə-
rinin araşdırılıb öyrənilməsi, dilçiliyin qrammatika, dialektolo-
giya, leksikologiya kimi bölmələrinin araşdırılması istiqamətin-
də apardıqları elmi tədqiqatlar daim diqqət mərkəzində saxla-
nılmalıdır. Müəllif Azərbaycan dilinin qorunub saxlanılmasın-
da dilçi alimlərin yüksək rolunu xüsusi qiymətləndirməklə belə
qənaətə gəlir ki, ifadə imkanları, leksik tərkibi, qrammatik qu-
ruluşu zəngin olan dil bütün məqamlarda daxili sabitliyi, güclü
müqaviməti ilə seçilir.
Azərbaycan dilini həyati dil adlandıran müəllif bu yazıda
«Azərbaycan dili termini»nin işlədilməsi məsələsinə də prin-
sipal yanaşır.
B.Xəlilov qədim dil materiallarını və bu sahə ilə bağlı el-
mi-tədqiqat əsərlərini saf-çürük edərək, belə bir qənaətə gəl-
mişdir ki, «Azərbaycan dili termini» ən azı 700 il bundan əvvəl