Seçilmiş əsərləri X 189
Şölənin açılışında bizim nümayəndəlikdən Məmməd
Aslan çıxış etdi. Onun Azərbaycan xalqının istiqlaliyyət və de-
mokratiya uğrunda apardığı mübarizə, erməni quldurlarının iş-
ğalçılıq müharibəsində xalqımızın başına gətirilən faciələrə
dair çıxışı şölən iştirakçıları tərəfindən ürək ağrısı ilə qar-
şılandı.
Şölənin ikinci günü Kozahan meydanında oxuduğumuz
şeirlər də çox səmimi qarşılandı. «Azərbaycan» adı toplaşanları
riqqətə gətirdi. Bizdən sonra oxunan şeirlərin çoxunun leytmo-
tivini də elə bu mövzu – «Sən tək deyilsən, Azərbaycan» sədası
təşkil edirdi. O zaman Vətənimizin keçirdiyi ağır həyəcanlı
günlərin ifadəsi hər birimizin səsində, sözündə, nitqində, baxış-
larında özünü biruzə verirdi. Sonrakı günlərdə mən bu həyə-
canı hər bir şölən iştirakçısının üzündə oxuyur, dərdimizə şərik
olduqları üçün qəlbim minnətdarlıq hissi ilə dolur, «biz tək
deyilik» təsəllisi ilə toxtaqlıq tapırdım.
Həmin gün Bursa şəhərinin tarixi abidələri ilə tanışlıqla
davam etdirildi. Uludağ yamacındakı qədim çinar altında keçi-
rilən poeziya məclisi ilə başa çatdırıldı. İki gün ərzində şöləndə
iştirak edən yüzdən yuxarı şairin hər birinə cəmi bir şeir oxu-
maq imkanı düşsə də, bu şeirlər hamının bir-birinin poetik qüd-
rəti, istedadı, keçmişi və gələcəyi haqqında müəyyən təsəvvürə
malik olması üçün kifayət etmişdi. Şölənin bir günü məxsusi
olaraq Azərbaycan ədəbiyyatına həsr olunmuşdu. İşgüzar gün
müsafir qaldığımız «Qrend otelin» geniş zalında Bursanın ta-
rixi keçmişinə dair mühazirə ilə başladı. Mühazirəçi bütün nitqi
boyu onu müşayiət edən mikrofilmlərə diqqəti cəlb edir, Bur-
sanın xəritəsi, sərhədləri, tarixi abidələri, Türkiyə kimi qüdrətli
bir dövlətin yaranmasında onun strateji rolu və əhəmiyyətinə
dair ətraflı məlumat verirdi.
«Azərbaycan ədəbiyyatı» üzrə seminar Azərbaycandan
gələn şairlərin şeir oxumaları ilə açıldı. Bu prosesdə Azərbay-
can – Güney və Quzey kimi təqdim olunsa da, oxunan şeirlərin