Firuzə Məmmədli
188
çıxırıq. Əski İstanbulla Bakının İçəri şəhəri arasındakı bənzə-
yişə heyrət etməmək mümkün deyil. Görünür, qədim insanların
məkan təsəvvüründə bir darlıq, sıxlıq hökmüranmış. Yoxsa Al-
lahın bu gen dünyasında küçələr niyə belə dar, evlər niyə belə
bir-birinin içində, bir-birinin çiyninə dirsəklənmiş vəziyyətdə
tikilirmiş?
Yolumuz Bursayadır. Türk xalqlarının
mədəniyyət ta-
rixində ən əlamətdar bir gün olan «Türkcənin uluslararası şeir
şöləni» burada keçiriləcək. O gün yaşıl Bursanın bahar təravəti
ilə süslənmiş bağ-bağatlarında ötüşən qumrular da, cəh-cəh vu-
ran bülbüllər də sanki min illər boyu təkrarladıqları nəğmələ-
rini türkün şirin ləhcələrində oxuyurdu. Xalq yaxasında şeir
şöləninin nişanını gəzdirən müsafirlərə maraq və diqqət kəsil-
mişdi. Bu nişanlarda isə hər kəsin adı və təmsil etdiyi türk di-
yarı – ulusu həkk olunmuşdu: Azərbaycan, Qazaxıstan, Özbə-
kistan, Türkmənistan, Krım, Tatarıstan, Qırğızıstan, Kıbrıs,
Yunanıstan, London, İraq, Fransa, Hollandiya və s.
«Cümlə şairlər dost bağının bülbülləridir» - şölən tədbir-
lərinin keçirildiyi zal və
meydanlarda belə göz oxşayan, qəlb
ovsunlayan hikmətli ifadələrə tez-tez rast gəlinirdi.
Azərbaycandan dəvət olunmuş şairlər – Vaqif Səmədoğ-
lu, Məmməd Aslan, Ramiz Rövşən,
bu sətirlərin müəllifi və
professor Şamil Qurbanov şölən iştirakçıları arasında idi. Şirin
türk ləhcələrində söylənilən şeirlər radio, televiziya və mətbuat
vasitəsilə Türkiyənin hər bucağına çatdırılır, türk arkadaşları-
mızda xüsusən İttifaqın respublikalarından gələn şairlərlə da-
nışmaq, dünənki qayğıları və bugünkü problemlərinə dair onla-
rı sorğu-suala tutmaq həvəsi oyanırdı. Bu şölən dünyanın dörd
bucağı və on iki iqlimindən təşrif gətirmiş, türkcə yazıb-yara-
dan sənət adamlarının sözün həqiqi mənasında bayramı idi.
Burada ömründə bir-birini görməmiş, bəlkə də adını uzaqdan-
uzağa eşidib şeirlərinə marağı olan adamlar sanki çoxdan ayrıl-
mış dost-tanışlar, bacı
və qardaşlar kimi görüşür, müxtəlif
mövzularda həvəslə fikir mübadiləsi edirdilər.