Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə73/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   69   70   71   72   73   74   75   76   ...   321
Seçilmiş əsərləri X 
191 
ehtiramı əziz tutulur, məqbərəsi ləyaqətlə, məhəbbətlə qorunur. 
Həmin gün Konyada keçirilən böyük şeir məclisinə yüzlərlə 
sənətçi toplanmışdı. Burada dərin təsir bağışlayan hadisələrdən 
biri də Kipr prezidentinin şairlər qarşısında çıxışı idi. Bu hadi-
sənin özü bizim uzun illər ərzində xaricilər kimi qəbul etdiyi-
miz qan və din qardaşlarımızın bədii təfəkkür sahiblərinə və 
söz sənətinə verdiyi əhəmiyyətin, yetirdiyi diqqət və qayğının 
ifadəsi idi. Axşam, şəhər Bələdiyyə Başkanı doktor Halil Ürün 
və xanımının verdiyi ziyafət, bu iki gözəl insanın qonaqpərvər-
liyi və mədəniyyəti hamıda xoş təəssüratlar oyatdı. Ümumiy-
yətlə bütün müsafirlik müddəti ərzində sənətçilərin şərəfinə 
verilən ziyafətlərdə biz həqiqi türk qonaqsevərliyinin şahidi 
olduq. 
Konyadan sonra bizi Ankara səfəri gözləyirdi. Ankara öz 
gözəlliyi ilə hamını valeh etdi. Burada sənətkarların şərəfinə 
Türkiyə Dəyanət Vəqfi tərəfindən çox təntənəli ziyafət verildi. 
Ziyafətdən sonra hər bir müsafirə 30 cüz Quranın lentə alınmış 
toplusundan ibarət «Quran – xətmi» bağışlandı. 
Sonrakı iki günü mən Türkiyə Yazarlar Birliyi bakanla-
rından Heydər bəyin ailəsinin müsafiri oldum. Qeyd etməliyəm 
ki, bu ailənin gözəl xanımı Gülgün Öztürklə mən elə şöləndəcə 
tanış olmuşdum. Ankara qızlar liseyində mənimlə keçirilən gö-
rüş Türkiyənin təhsil sistemi barəsində təsəvvürlərimi zəngin-
ləşdirdi. 
Şölənin yekunu olaraq Türkiyə Yazarlar Birliyində mət-
buat konfransı keçirildi. Buradaca Şölənin estafeti qazax şair-
lərinin nümayəndələrinə təqdim edildi. 
«Odlar yurdu» qəzeti, 5 fevral 1993-cü il. 


Firuzə Məmmədli 
192 
 
 
MĠLLĠ VARLIĞIMIZI QORUYANLAR 
 
Uzun bir tarixi inkişaf yolu keçmiş Azərbaycan dilinin 
müasir səviyyəsinin qorunub saxlanılması, qloballaşma şəra-
itində inkişaf istiqamətlərinin tənzimlənməsi, dünyanın ən zən-
gin dilləri sırasında yerini möhkəmləndirməsi istiqamətində 
Ulu öndərimiz Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz 
Ulu öndərimizin müəyyən etdiyi düzgün siyasətin nəticəsidir 
ki, bu gün Onun idarəetmə və nəhəng quruculuq işlərinin la-
yiqli davamçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin 
doğma dilə, onun daha da inkişaf etməsinə göstərdiyi diqqət və 
qayğı «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın 
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına» 
dair Dövlət Proqramının təsdiqi haqqında Sərəncamda öz 
ifadəsini tapdı. 
Min beş yüz illik tarixi ərzində dilimiz dəfələrlə basqın-
lara məruz qalmasına baxmayaraq, özünəməxsus sabit fonetik 
tərkibi, möhkəm qrammatik quruluşu və əlbəttə ki, dil daşıyı-
cılarının zəngin yazılı və şifahi dil ənənələri sayəsində nəinki 
qorunub saxlanmış, həm də ən müxtəlif üslublar üzrə zən-
ginləşmiş və sabitləşmişdir. 
Təbii ki, bu prosesdə Azərbaycan ziyalıranının – klassik 
bədii düşüncə sahiblərindən, filosof və qabaqcıl dünyagörüşə 
malik söz adamlarımızdan, o cümlədən, dövlətçilik ənənələ-
rimizin yaşaması və davam etdirilməsi sahəsində xalqına, onun 
dilinə, dininə və mədəniyyətinə əvəzsiz xidmətlər göstərmiş 
dövlət başçılarından tutmuş, XIX əsrin sonu XX əsrin əvvəl-
lərindən başlayan yeni intibah dövrü ziyalılarının maarifçilik 
fəaliyyətini, həmçinin, Sovet dönəmində Bəkir Çobanzadə və 
onun yetirmələri olmuş və vaxtilə Azərbaycan dilçiliyinin dörd 
sütunu adlandırılan görkəmli alimlər – M.Şirəliyevin, Ə.Də-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin