Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə76/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   72   73   74   75   76   77   78   79   ...   321
Seçilmiş əsərləri X 
195 
işlənməyə başlamışdır. Bu fikri əsaslandırmaq üçün müəllif 
Xətib Təbrizinin, Hinduşah Naxçıvaninin əsərlərindən nümu-
nələr, eləcə də, M.Kaşğarinin «Divani-lüğət-it-türk» əsərindən 
tutarlı elmi sübutlar gətirmişdir. 
Qeyd etdiyimiz kimi, ötən əsrin 90-cı illərində dövlət 
dilimizin adı barədə müzakirələr getdiyi vaxtda bəzi siyasi 
qüvvələr Azərbaycan dili ifadəsi yerinə «Türk dili» termininin 
işlədilməsini təklif edirdi. O zaman Ulu öndər Heydər Əliyev 
dövlət dilimizlə bağlı etdiyi tarixi çıxışında demişdir: 
«Gəlin 
türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan bi-
riyik və türk mənĢəli bir xalqıq, kökümüz birdir. Özbək 
dili var, qazax dili var, qırğız dili, tatar dili var, baĢqırd dili 
var, türkmən dili var, kumuk dili var. Demək, bu türkdilli 
xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalq-
larda tatar dili də var, o biri qrup dillər var, onların da hər 
biri bu qrupa daxildir, amma hər birinin öz adı var. Axı, nə 
təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan 
türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək 
özünə demir ki, Özbəkistan türkcəsi, tatar niyə demir ki, 
Tatarıstan türküyəm?!» 
Bu mənada, B.Xəlilov haqlı olaraq dövlətçilik mövqe-
yindən çıxış etmişdir. 
Bu gün biz, «Dilimiz diriliyimizdir» məqaləsində Azər-
baycan dilinə olan eyni yanğını, eyni sevgini görürük. Bununla 
yanaşı, dilimizə biganə yanaşanlara müəllifin kəskin cavabının 
şahidi oluruq. B.Xəlilov yazır: 
«Azərbaycan dilini dərindən 
bilməyən Azərbaycan vətəndaĢının heç birinin müğənni, 
jurnalist, rəssam, həkim, alim olmağa haqqı yoxdur. Əgər 
biz ana dilimizin bu günə qədər qorunmasında klassikləri-
mizə borcluyuqsa, gələcək nəsillər də çağdaĢ ziyalılarımıza 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin