9. Nyuton və Kulon sahəsində hərəkət. Kepler məsələsi. Planetlərin hərəkəti. Hərəkətin periodu. Orbitin perihelisi. Elliptik
orbitin böyük və kiçik yarımoxları, onların enerji və impuls
momentindən asılılığı. Kepler məsələsində finit və infinit hərəkət.
Kepler qanunları.
10. İki cisim məsələsi. İki cisim üçün Laqranj funksiyası. İki
cisim məsələsinin ona ekvivalent olan bir cismin mərkəzi-
simmetrik sahədə hərəkəti məsələsinə gətirilməsi. Gətirilmiş kütlə
anlayışı.
11. Zərrəciklərin toqquşması. Zərrəciklərin elastiki toqquş-
ması. Toqquşma zamanı enerji və impulsun saxlanma qanunları.
Sürət və impuls diaqramları.
2
1
m m <
,
2
1
m m =
,
2
1
m m >
– üç halı
üçün diaqramlar. Ətalət mərkəzi sistemi və laboratoriya sistemi.
Zərrəciklərin ətalət mərkəzi sistemindəki sürətləri ilə laboratoriya
sistemindəki sürətləri arasında əlaqə. Ətalət mərkəzi sistemindəki
dönmə bucaqları ilə laboratoriya sistemindəki dönmə bucaqları
arasında əlaqə. Qarşı-qarşıya toqquşma.