Fənnin tədris planındakı yeri. «Elektrodinamika» fənni
«Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Tədris
planı»nda «İxtisasın peşə hazırlığı fənləri» qrupuna (İPF-B17)
daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, məşğələ, sərbəst işlər və
kollokviumlar.
FƏNNİN MƏZMUNU
1. Elektrodinamika və onun müasir fizikada yeri. Elek-
trodinamika anlayışı. Təbiətdə mövcud olan qüvvələr: Elektro-
maqnit qarşılıqlı təsir, güclü qarşılıqlı təsir, zəif qarşılıqlı təsir,
qravitasiya qarşılıqlı təsir. Elektrodinamikanın yaranması. Qarşı-
lıqlı təsirlərin birləşdirilməsi.