11. İnterferometriya. Maykelson interforometri – iş prin-
sipi, prinsipial sxemi və tətbiq sahələri. İşığın dalğa uzunluğunun,
qazların və şüşələrin sındırma əmsalının təyini. Maykelson
interferometri ilə kiçik yerdəyişmələrin interferometriya vasitəsi
ilə təyini. Optik tomoqrafiya. Digər növ interforometrlər.
12. Elektron Mikroskopiyası. Elektron Mikroskopiyasının
mahiyyəti və təsnifatı. Skanedici Elektron Mikroskopiyası (SEM).
Keçirici Elektron Mikroskopiyası (KEM). SEM-in iş prinsipi,
əsas komponentləri və onların funksiyaları, ayırdetmə qabiliyyəti.
SEM-in xarakteristik tədqiqat imkanları: topoqrafiya, morfolo-
giya, kompozit və kristollaqrafik tərkibin təyini. Elektron şüa-
nümunə qarşılıqlı əlaqəsi.İkinci elektronlar və əks olunan elek-
tronlar. Böyütmə, ayırdetmə, nüfuzetmə ölçüsü, təsvirin kon-
trastlığı. SEM-də şəklin formalaşması və böyüdülməsi. SEM,
KEM və OM-in müqayisəsi. Elektron şüa mənbəyi. Maqnit,
kondensor və obyektiv linzalar. SEM və KEM-də tədqiq etmək
üçün nümunələrin hazırlanması.