19. Azərbaycan İkinci Dünya Müharibəsi dövründə. Azərbaycan SSR müharibə edən dövlətlərin planlarında. Azərbay-
can iqtisadiyyatının müharibənin tələbatına uyğun olaraq yenidən
qurulması. Bakı Sovet ordusunun yanacaq bazası və cəbbəxanası
kimi. Bakı neftinin faşizm üzərindəki qələbədə rolu. Azərbay-
canlıların döyüş cəbhələrində, partizan və Avropada antifaşist
hərəkatında iştirakı. Milli legionların təşkili. Müharibə illərində
Azərbaycan mədəniyyəti.
20. Cənubi Azərbaycan XX əsrin 20-40-cı illərində. Cənu-
bi Azərbaycan 1917-1918-ci illərdə. Xoy, Salmas və Urmiyada
ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən qırğınlar.
Osmanlı dövlətinin köməyə gəlməsi.
Ş.M.Xiyabaninin başçılığı altında milli azadlıq hərəkatı.
1920-ci il Təbriz üsyanı. Milli hökumətin fəaliyyəti. Hərəkatın
tarixi əhəmiyyəti. Cənubi Azərbaycan müharibə edən dövlətlərin
planlarında. SSRİ və onun müttəfiqlərinin İrana müdaxiləsi.
Cənubi Azərbaycanda demokratik hərəkatın başlanması. «21
Azər» hərəkatının qələbəsi. S.C.Pişəvərinin başçılığı ilə milli
hökumətin fəaliyyəti: «Dil haqqında» qanun. Torpaq islahatı.
Əmək haqqında qanun. Milli hökumətin mədəniyyət sahəsindəki
tədbirləri. Təbriz Universitetinin açılması. Təbriz Flarmoniyası.
Şimali Azərbaycandan ziyalıların köməyi. SSRİ, ABŞ və İngiltə-
rənin «Cənubi Azərbaycan» məsələsindəki mövqeyi. Milli höku-
mətin süqutu və tarixi əhəmiyyəti