Fənnin «Tədris planı»ndakı yeri. «Aşağıölçülü sistemlər
fizikasının əsasları» fənni «Fizika – 050503» ixtisası üzrə baka-
lavr hazırlığının «Tədris planı»nda «İxtisasın peşə hazırlığının
seçmə fənləri» qrupuna (İPFS-B04) daxildir.
Fənnin tədris üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Giriş. Aşağıölcülü sistemlər fizikasının inkişafının əsas
tendensiyaları. Aşağıölcülü sistemlər fizikasında önəmli kəşflər.
Aşağıölcülü sistemlərin səciyyəvi uzunluqları. Kvant məhdud-
lanması, ballistik köçürmə və kvant interferensiyası, tunellənmə.