Fənnin «Tədris planı»ndakı yeri. «Klassik mexanika» fənni
«Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlığının «Tədris pla-
nı»nda «İxtisasın peşə hazırlığı fənləri» qrupuna (İPF-B16) daxildir.
Fənnin tədrisi üsulları. Mühazirə, məşğələ, sərbəst işlər,
kollokviumlar.
FƏNNİN MƏZMUNU 1. Klassik mexanika fənninə giriş. Ümumiləşmiş koordi-
natlar və ümumiləşmiş sürətlər. Maddi nöqtə. Sərbəstlik dərəcə-
lərinin sayı. Mexaniki əlaqələr. Əlaqələrin növləri. Holonom və
qeyri-holonom əlaqələr. Skleronom və reonom əlaqələr. Hərəkət
tənliyi, hərəkət qanunu və trayektoriyanın tənliyi məsələlərinin
ümumi qoyuluşu.