5. Mexanikada saxlanma qanunları. Hərəkət inteqralları.
Enerjinin, impulsun və impuls momentinin saxlanma qanunları,
onların məkan və zamanın xassələri ilə əlaqəsi. Zamanın bircins-
liyi. Konservativ sistemlər. Enerjinin additivliyi. Bir hesablama
sistemindən digərinə keçdikdə enerjinin çevrilməsi. İmpulsun
saxlanma qanunu. Fəzanın bircinsliyi. Ümumiləşmiş qüvvələr.
İmpulsun additivliyi. Xarici sahə olduqda impulsun ayrı-ayrı
komponentlərinin saxlanma qanunu. Ətalət mərkəzi. Bir hesabla-
ma sistemindən digərinə keçdikdə impulsun çevrilməsi. İmpuls
momentinin saxlanma qanunu. Fəzanın izotropluğu. İmpuls mo-
mentinin additivliyi. Bir hesablama sistemindən digərinə keçdik-
də impuls momentinin çevrilməsi. Xarici sahə olduqda impuls
momentinin ayrı-ayrı komponentlərinin saxlanma qanunu.