71
KLASSİK MEXANİKA
İzahat vərəqi
Fənnin tədrisində məqsəd. Ümumnəzəri fizika kursunun
birinci hissəsi olan «Klassik mexanika» fənninin «Fizika –
050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələbələrə
tədrisində məqsəd onlara Nyuton dinamikasını və analitik mexa-
nikanı öyrətmək, onları bu fənnin ümumi metodları olan variasiya
prinsipləri, Laqranj və Hamilton formalizmi, Hamilton-Yakobi
metodu ilə tanış etmək və bununla da nəzəri fizikanın digər
bölmələrinin asan mənimsənilməsi üçün zəmin yaratmaq, fizika-
nın müxtəlif sahələrində sərbəst elmi işlər aparmaq üçün lazım
olan elmi bilik və bacarıqlara yiyələndirməkdir.
Dostları ilə paylaş: