4. Relyativistik mexanikada ən kiçik təsir prinsipi. Relya-
tivistik kinematika. Sərbəst relyativistik zərrəcik üçün Laqranj
funksiyası, enerji və impuls. Sərbəst zərrəciyin 4-ölçülü hərəkət
tənliyi. 4-ölçülü impuls və 4-ölçülü Minkovski qüvvəsi. Kütlə
deffekti. Zərrəciklərin çevrilmə prosesləri.
5. Elektromaqnit sahəsində yerləşmiş elektrik yükü. Rel-
yativistik fizikada sahə və elementar zərrəcik anlayışı. Xarici
elektromaqnit sahəsində yüklü zərrəciyin təsir inteqralı, elektro-
maqnit sahəsinin potensialları, Laqranj funksiyası, enerjisi və
impulsu. Yükün xarici elektromaqnit sahəsində 3-ölçülü hərəkət
tənliyi, Lorens qüvvəsi, elektrik sahəsinin E r
intensivlik və
maqnit sahəsinin B r
induksiya vektorları.
Elektromaqnit sahəsində zərrəciyin 4-ölçülü hərəkət tənliyi.
Elektromaqnit sahəsinin antisimmetrik
µν F tenzoru. Potensialla-
rın qradiyent (kalibrləşmə) çevrilməsi, Lorens şərti və onun müx-
təlif şəkilləri. Sabit elektromaqnit sahəsi və bircins sahələr. Elek-
tromaqnit sahəsi üçün Lorens çevrilmələri. Elektromaqnit sahə-
sinin invariantları və onlardan alınan nəticələr.