6. Elektromaqnit sahəsinin tənlikləri. Kəsilməz paylanmış
və diskret paylanmış yüklərin sıxlığı və delta funksiyanın bəzi
xassələri. 4-ölçülü cərəyan sıxlığı. Yükün saxlanması qanunu və
kəsilməzlik tənliyi. Elektromaqnit sahəsi və yüklü zərrəciklərdən
ibarət olan sistem üçün Laqranj funksiyası. Birinci növ Maksvell
tənlikləri, onların diferensial, inteqral və 4-ölçülü şəkilləri. İkinci
növ Maksvell tənliklərinin inteqral şəkli, dəyişmə və keçiricilik
cərəyanlarının xassələri, tam cərəyanın qapalılıq xassəsi. Mikro-
elektrodinamikada elektromaqnit sahəsinin enerjisinin saxlanması
qanunu. Umov-Poyntinq vektoru.