76
ELEKTRODİNAMİKA
İzahat vərəqi
Fənnin tədrisində məqsəd. Elektrodinamika fənninin «Fizi-
ka – 050503» ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələ-
bələrə tədrisində məqsəd onları elektromaqnit sahəsi və yüklü zər-
rəciklərin klassik nəzəriyyəsi olan elektrodinamika fənni haqda,
elektromaqnit sahəsinin yaranması, şüalanması, fəzada yayılması,
udulması, səpilməsi, eləcə də, yüklü zərrəciklərin elektromaqnit
sahəsində hərəkəti, bu zərrəciklərin həm bir-biri ilə, həm də sahə
ilə təsir qanunları və mühitdə baş verən müxtəlif elektromaqnit
prosesləri barədə biliklərə yiyələndirməkdir.
Dostları ilə paylaş: