38
Raul qanunu ideal məhlullara aiddir. Həmin məhlullar üçün aşağıdakı
şərtlər ödənilməlidir:
V=0 , H=0 , F
A-A
= F
A-B
=F
B-B
Lakin real məhlullarda bu şərtlər ödənilmir və onlar Raul qanununa tabe
olmurlar. Tutaq ki, hər hansı bir real məhlul üçün aşağıdakı şərtlər
ödənilir:
F
A-A
> F
A-B
> F
B-B
, V > 0 , H > 0
Bu halda həcm artır və istilik udulur. Bu hal müsbət kənaraçıxmalar
adlanır. Bu cür hallarda məhlulda istər eyni tir, istərsə də müxtəlif tip
hissəciklərin yaratdığı assosiatlar parçalanmağa məruz qalmalıdırlar.
Deməli, məhlulda hissəciklərin sayı ayrı-ayrı komponentlərin mayelərinin
müvafiq həcmlərindəki hissəciklərin sayı cəmindən çoxdur.
F
A-A
< F
A-B
> F
B-B
, V < 0 , H < 0
Belə halda komponentlərin mayelərinin qarışdırılması zamanı istilik
ayrılmalıdır. Bu hal mənfi kənaraçıxmalar adlanır. Əgər məhlulun
komponentləri bir-birindən təbiətinə görə çox fərqlənirsə, lakin doymuş
buxar təzyiqləri çox yaxındırsa, onda bu halda Raul qanunundan
kənaraçıxmalar çox kəskin olur.
Dostları ilə paylaş: