«Fiziki və kolloid kimya-1»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix18.12.2022
ölçüsü1,39 Mb.
#76070
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
M.Arzu-Fiziki-və-kolloid-kimya-1 (4)

izotonik məhlullar deyilir. 
Osmos təzyiqi Vant-Hoff qanunu ilə xarakterizə olunur. Məhlulun osmos 
təzyiqi onda həll olan maddənin qaz halında məhlula müvafiq həcm və 
temperaturda törətdiyi 
təzyiqə
 bərabərdir. Buna əsasən vant-Hoff qanunu 
riyazi surətdə qaz halının 
Klapeyron-Mendeleyev tənliyi
 ilə ifadə olunur. 
Osmos təzyiqi aşağıdakı tənliklərlə hesablanır: 
πV=νRT ν=N/N
A
Olduğundan π=N/V·RT/N
A
olar. 
Gördüyümüz kimi, Osmos təzyiqi vahid həcmdə olan hissəciklərin sayı ilə 
düz mütənasibidir. Müxtəlif maddələrin (məsələn, kauçuk, sellüloza
zülallar və s.) molekul çəkisinin təyinində istifadə olunur. 
Məhlulların donma temperaturunun öyrənilməsi krioskoiya tənliyinə 
əsasən molyar kütlənin hesablanması metodu isə krioskopiya adlanır. 
T
don
= K*m
2
K-müəyyən həlledici üçün sabit olan krioskopiya sabiti adlanır. 
Krioskopiya sabiti formal olaraq 1000q həlledicidə 1 mol maddə həll 
edildikdə, yəni bir molyar məhlulda(m
2
=1) həlledicinin donma 
temperaturunun aşağı düşməsini göstərir. Ona həmçinin məhlulun donma 
temperaturunun molyar azalması da deyilir. 
Molyar kütlələrin krioskopiya metodu ilə təyini onların ebuloskopiya 
metodu ilə təyininə nisbətən daha dəqiqdir. 
Müəyyən qatılıqlı məhlulun qaynama temperaturunun yüksəlməsini 
təyin etməklə həllolan maddənin molyar kütləsini hesablamaq olar. 
T
qay
= E*m
2
E-müəyyən həlledici üçün sabit olan ebuloskopiya sabiti adlanır. 
Ebuloskopiya sabiti formal olaraq bir mol maddənin 1000 q həlledicidəki 
məhlulun(m
2
=1) qaynama temperaturunun təmiz həlledicinin qaynama 


41 
temperaturundan neçə dərəcə yüksək olduğunu göstərir. Ona həmçinin 
məhlulun qaynama temperaturunun molyar yüksəlməsi də deyilir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin