1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ
«Fiziki və kolloid kimya-1»
fənnindən
mühazirələr
Orta ixtisas təhsili müəssisələrində
fənnin tədrisi üçün nəzərdə tutulub
Tərtib edən:
Məmmədova Arzu Səttar qızı
SUMQAYIT-2020
2
Fiziki kimyanın mahiyyəti, elmi və praktiki
əhəmiyyəti.
Fiziki kimya —
Fizika
və
Kimyaya
aid bütün ümumi qanunları öyrənir.
Fiziki kimyada kimyəvi təsirləri öyrənən zaman kimya və fizikanın həm
nəzəri, həm də eksperimental metodlarından istifadə edilir. Fiziki kimya
elmi kimyəvi proseslərin mahiyyətini öyrənir. Kimyəvi reaksiyalar fiziki
proseslərlə - istilikkeçirmə, istiliyin udulması və ya ayrılması, işığın
udulması və şüalanması,
elektrik hadisələri, həcmin dəyişməsi və s. ilə
əlaqədardır. Məsələn, hər-hansı bir kimyəvi reaksiyada sistemi əmələ
gətirən maddə molekullarının qarşılıqlı təsiri nəticəsində xarici mühitə
enerji verilir və ya xaricdən enerji udulur. Buxarlanma və sublimasiya
proseslərində, eləcə də, müxtəlif parçalanma reaksiyalarında maddənin
temperaturunun artması molekul hissəciklərinin intensivləşməsinə və
beləliklə də, molekulda atomlar arasındakı kimyəvi rabitənin zəifləməsinə
və nəhayət onların parçalanmasına səbəb olur.
Təcrübə
göstərir ki, kimyəvi reaksiyalar həmişə müxtəlif fiziki
proseslərdə: istiliyin ayrılması və ya udulması, təzyiqin və həcmin
azalması və ya artması, elektrik hadisələri və s. ilə müşaiyət olunur. Məs.
yanma zamanı istilik və işığın ayrılması baş verir, fotoqrafiya lentinin işığı
udması onda gizli xəyalın əmələ gəlməsinə səbəb olan kimyəvi proses
yaradır. Bu cür misalları çox göstərmək olar. Bütün hallarda fiziki və
kimyəvi hadisələrin sıx əlaqəsi onların qarşılıqlı təsiri ortaya çıxır. Fiziki
kimya kimyəvi və fiziki hadisələrin qarşılıqlı təsirini öyrənir.
Qalvanik elementlərdə elektrodlarda
gedən oksidləşmə-reduksiya
prosesləri elektrik cərəyanının əmələ gəlməsinə səbəb olur. Yüksək
temperaturlarda bərk maddələrin səthində adsorbsiya və desorbsiya
prosesləri nəticəsində hidrogenləşmə, dehidrogenləşmə, izomerləşmə,
polimerləşmə və s. reaksiyalar gedir. Bütün bu
hallarda fiziki və kimyəvi
proseslərin sıx əlaqəsi, onların qarşılıqlı təsiri meydana çıxır. Fiziki kimya,
məhz belə qarşılıqlı əlaqələrlə yanaşı müxtəlif kimyəvi çevrilmələrin
ümumi qanunauyğunluqlarını, kimyəvi tarazlıq qanunlarını, maddələrin
quruluşu və xassələrinə dair nəzəriyyələri, kimyəvi hadisələrin və
proseslərin əsaslarını öyrənir.
Artıq çoxdan məlum idi ki, müxtəlif kimyəvi
reaksiyalar müxtəlif
sürətlə gedir: biri çox yavaş, digəri ani zamanda. Kimyəvi reaksiyanın
sürəti anlayışı kimyəvi kinetikanın əsasını qoydu. Məlum oldu ki, kimyəvi
reaksiyanın sürəti bir çox faktorlardan – reaksiyaya girən maddələrin
qatılığından, təzyiqdən, temperaturdan, bərk maddənin səthinin
3
sahəsindən və s.-dən asılıdır. Katalizatorlar reaksiyanın
sürətinə
nəzərəçarpacaq dərəcədə təsir edir. Katalizatorun təsiri ilə reaksiyanın
sürətinin artması kataliz hadisəsinin mahiyyətini təşkil edir. Yəni
katalizatorun iştirakı ilə gedən reaksiyalara katalitik reaksiyalar və ya
kataliz deyilir. Hazırda həm laboratoriyada, həm də sənayedə bir çox
kimyəvi reaksiyaları sürətləndirmək üçün katalizatorlardan istifadə edilir.
Kimyəvi kinetika və kataliz maddənin reaksiya qabiliyyəti haqqında
müasir təlimin əsasını təşkil edir.
Fiziki kimya müasir kimyanın əsas fundament nəzəriyyəsi hesab
olunur. Burada nəzəri metodları öyrənilən zaman fizikanın mühüm
sahələrindən
termodinamika, statik fizika və kvant fizikası kimi
sahələrindən istifadə olunur. Kimyanın isə fotokimya, elektrokimya,
kimyəvi kinetika və kataliz, kimyəvi termodinamika kimi mühüm
sahələrindən istifadə edilir
.
Fiziki kimyanın sürətlə inkişafi və artmaqda
olan əhəmiyyəti onun
fizika ilə kimya arasında sərhəddə olması ilə əlaqədardır. Fiziki kimya
sərhəd elmi kimi öyrəndiyi hadisələrin qarşılıqlı təsirini nəzərə alaraq
onları bir neçə tərəfdən əhatə edir. Fiziki kimya əsasən kimyəvi proseslərin
zamana görə getməsi və kimyəvi tarazlıq qanunu ilə tədqiq olunur. Fiziki
kimyanın əsas ümumi vəzifəsi öyrənilən sistemin əsas təşkil edən
maddələrin molekullarının quruluş və xassələrinin öyrənilməsinə əsasən
kimyəvi prosesin müxtəlif şəraitdə gedişini və alınan son nəticəsi. Fiziki
kimya tədqiqatları xalq təsərrüfatlarının bir çox sahələri(metodologiya, neft
sənayesi, inşaat materiallarının istehsalı, kənd təsərrüfatı və s.),
həmçinin
tibbdə mühüm rol oynayır.