5
İdeal qazın halını xarakterizə edən üç makroskopik parametri (təzyiq,
həcm və temperaturu) arasındakı əlaqəni ideal qazın hal tənliyi müəyyən
edir.
İdeal qazın hal tənliyi - qazın halını təsvir edən, onun başlanğıc və son
halının parametrləri arasında əlaqəni müəyyən edən tənlikdir.
Molekulyar-kinetik nəzəriyyənin əsas müddəaları
Təbiətdə mövcud olan bütün maddələrin xassələri, onların daxili
quruluşları ilə müəyyən olunur. Bu səbəbdən,
maddənin quruluşunu
öyrənmək ən mühüm problemlərdən biridir. Maddə quruluşu haqqında ilk
fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Demokrit tərəfindən irəli
sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi
atomlardır. Yunanca tərcüməsi “bölünməz” olan atom sözünün bir termin
kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o
dövr üçün çox ciddi sayılan
bu fikir nə Demokritin özü, nə də onun
ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların
bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir.
Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsasları- nın
qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan
etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin tə- məli
qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlə-
rinin nəticəsi olaraq XIX əsrin II yarısında
molekulyar-kinetik nəzəriyyə,
əsas etibarı ilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək
mükəmməl şəklə salınmışdır.
Molekulyar-kinetik nəzəriyyənin əsasını, çoxlu sayda təcrübi faktların
ümumiləşdirilməsindən əldə edilmiş aşağıdakı müddəalar təşkil edir:
1. Bütün maddələr çoxlu sayda atom və molekullardan ibarətdir.
2. Maddələri təşkil edən atom və molekullar daimi xaotik hərəkətdədir.
3. Molekullar (və ya atomlar) arasında qarşılıqlı təsir mövcuddur.
Molekulyar-kinetik nəzəriyyənin əsas müddəalarını təsdiq edən təcrübi
faktlardan yalnız ikisi - diffuziya hadisəsi və Broun hərəkəti haqqında qısa
məlumat verməklə kifayətlənmək olar. Bir-biri ilə təmasda olan cisimlər
(bərk-bərk, bərk-maye, bərk-qaz, mayemaye, maye-qaz və qaz-qaz ) heç bir
xarici təsir olmadan, özbaşına birbirinə nüfuz edə bilir. Bu hadisə diffuziya
adlanır. Maddələri təşkil edən atom, yaxud
molekullar daimi xaotik
hərəkət etməsəydilər, sözsüz ki, diffuziya hadisəsi baş verə bilməzdi.
Maddə hissəciklərinin arasıkəsilmədən xaotik hərəkət etmə hadisəsi
təcrübi olaraq 1827-ci ildə ingilis botaniki
Yüklə 1,39 Mb.